17 Dekabr 2024 15:17
96
DÜNYA

 Makron yeni baş nazir təyin etdi

Fransa prezidenti Emanuel Makron istəməsə də, Fransua Bayrı ölkənin baş naziri postuna təyin etmək məcburiyyətində qaldı. Fransua Bayr, Makronu təhdid edərək, baş nazir təyin edilməsə, Fransa liderini bir daha dəstəkləməyəcəyi ilə hədələyib. 

 Bu barədə mənbələrinə istimadən məlumat verən Politico qəzeti yazır ki, "Makton dekabrın 13-də bu posta başqa birilərini təyin etməyi planlaşdırırdı, lakin Bayra yox deyə bilmədi. Çünki, Bayr Parisdə yeganə adamdır ki, Makronu dəstəkləməkdə davam edir. Fransa prezidenti buna görə ona borcludur"- deyə Politico yazıb.

 Material müəllifləri yazırlar ki, Makron əslində baş nazir postunda müdafə naziri Sebastyan Lekornyu  və ya ölkənin sənayesinə cavabdeh olan Rolan Leskyuri görmək istəyirdi. Çünki onların hər ikisi Makron üçün "üzüyola şəxslər" hesab olunurdu.

  Qəzetin fikirincə, Bayrın baş nazir təyin olunması bir daha göstərdi ki, Makron ölkə daxılində nüfuzunu nə qədər itirib və mövqeyi zəifləyib.

 Rüstəm Hacıyev