Köhnə dostlar, gəlin təzə dost olaq... - Faiq QİSMƏTOĞLU yazır

FAİQ QİSMƏTOĞLU
103 | 2024-12-17 19:13

Ataların gözəl bir deyimi var:" Hər şeyin təzəsi, dostun könhəsi". Çox unikal deyimdir.Ən azından ona görə ki, köhən dostlar on illərin sınağından çıxır və bulaq suyu kimi dupduru olur.Və burda xəyanət, etibarsızlıq, çörəyi tapdamaq, keçmişə hörmətsizlik ola, bilməz!  Çümki köhnə dostlar gün işığı kimidi, hara getsək, bizi isidəcək!  

Mənim də belə  bir  ailevi dostum olub.O dost ki, bir tikə çörəyimizi iki yerə bölmüşük. BDU- da oxuyanda beş bir otaqda qalmışıq. O, Xanoğlan Ağayev universitetinin filologiya, mənsə jurnalistika fakültəsində  təhsil alırdıq.Xanoğlanın bal kimi şirin səsi vardı və həddindən artıq yaraşıqlı oğlan idi. Onun hesabına o qədər qəşəng qızlarla tanış olmuşam ki! Qızlar onun dərdindən ölər, amma o, heç birisinə yaxın durmazdı. Universitetdə keçirilən bir  neçə tədbir televiziya ilə canlı yayımlanırda. Və konsert proqramında da  Xanoğlan " Məhsulumuz bol olsun" mahnısını çox gözəl ifa elədi!  Onunla taleyimiz bir- birinə bənzəyirdi. O da , mən də eyni ildə , eyni ayda və eyni gündə anadan olmuşdq. Böyük qardaşlarımız Qürbət və Ağamoğlan  da eyni ildə dünyaya gəlmişdi. Hətta maşınlarımızın nömrəsi də eyni idi...    

Onlar- mənim dostlarım Xanoğlan , Agamoğlan , Ələfsər Masallı rayonunun  Bədəlan kəndinin Dəmirçi məhləsindən  idi.  Rayonun sayılıb- seçilən Hüseyin kişinin nəvələrydilər. O Hüseyn kişi ki, ağayanılığına və var- dövlətinə görə cənub  bölgəsində barmaqla göstərilirdi, amma uşaqlar bu var- dövlətə arxayın olmaz, oxuyar, savad qazanar , əxlaq və tərbiyələrilə  seçilərdər. Onlar bizim xeyirimizə- şərimizə  gələr və biz də onlara gedərdik. Xanoğlanın toyunda qardaşım Elxan, mən və əmim oğlu İnşallah onlara getmidik. Toyu da Baloğlan Əşrəfov aparırdı. Və onlar da qardaşım Elxanın toyunda bizim sevincimizə şərik oldular.Və o vaxtdan uzun illər keçib. İndi nə Xanoğlan və onun qardaşı Agamoğlan, babası Hüseyn kişi var,nə də mənim iki qardaşım- Qürbət və Elxan.Onlar Allahın dərgahına qovuşublar, yerləri Cənnət olsun! Amma Hüseyn kişinin yurdunda  Ələfsər, Qismət kişinin yurdunda  mən varam. Və dostluğumuz bu gün də davam edir. Ələfsər müəllim cavan olduğuna baxmayaraq, çox ağayana, ağsaqqal və müdirik bir ziyalıdır.O, respublikamızda tanınan, yeri görünən bir oğlandır.Dostluğa , çörəyə sədaqəti bir  qardaşdır.

Mən Hüseyn kişini  ocağının və qardaşlarının qoxusunu ondan alıram. Ələfsər qarsaşımızı görəndə  elə bil ki, Xanoğlanı, Ağamoğlanı görürəm və yadıma o gözəl anlar düşür; həm sevinir, həm də gövrəlirəm və deyirəm ki, səni verənə şükür, min oğula deyirsən. Dostum Ələfsəy müəllimin iki gözəl, ağıllı övladı var və hər ikisi də xaricdə təhsil alıb.Oğluna babası Hüseyn kşinin adın qoyub.Və Hüseyn də  el ağsaqqalı  Hüseyn kişiyə çox oxşayır.Onun kimi zəhmətkeş, ağıllı və uzaqgörən gəncdir, Allah saxlasın!  Yazımı xalq şairi Musa Yaqubun  bir bənd şeiri ilə tamamlamaq istəyirəm:            

Loxmamızı yarı bölüb yeyərdik, Bir- birimizin  köynəyini  geyərdik. Süfrəmizi daş üstündə göyərtdik.  Köhnə  dostlar, gəlin təzə dost olaq...

TƏQVİM / ARXİV