Pulum yoxdu... - Faiq QİSMƏTOĞLU yazır

FAİQ QİSMƏTOĞLU
481 | 2025-10-19 14:53

Bu sözləri avtomobil qəzaları zamanı bəzi sürücülər işlədirlər.Hər hansı belə bir sürücü qəza törədəndə yalvarıv - yaxarır və deyir ki, kasıb adamam, pulum yoxdu, məni yola verin! Təbii ki, onları yola verən də olur , yola verməyən də! Əsas məsələ odur ki, qəza zamanı ölüm- itim olmasın!

Belə bir hadisə baş versə, yəni qəza zamanı kimsə rəhmətə getsə, kimsə, ağır xəsarət alsa, onda sürücünü vəziyyəti ikiqat ağırlaşır. Bunun da , əsas günahkarı aydındır  qəza tötətmiş sürücüdür. Əgər o sürücü nəqliyyat vasitəsini normal sürətlə idarə etsə, yol hərəkəti qaydalarına riayət etməyi bacarsa, belə ağır qəzalar baş verməz.

Bəzi adamlar sükan arxasında əyləşən kimi, elə bilirlər ki, avtomobili ən yüksək sürətlə idarə etmək heç bir  təhlükə yaratmır.Hər gün respublika ərazisində neçə-neçə yol- nəqliyyat hadisəsi baş verir. Məhz bunların bir çoxu sürət həddinin aşması nəticəsində yaranır! Ölümlə nəticələnən qəzalarda sürücü ilə zərər çəkmiş arasında əksər vaxt xoşagəlməz anlar yaşanır.Bəzən də zərərçəkmişlər ondan elə şeylər tələb edir ki, gedib həbsxanada cəza çəkmək deyilən pul məbləğin verməkdən daha yaxşı yoldur.Hadisələr acı bağırsaq kimi, elə hey uzanır.

İllah da  sürücü imkanlı adam ola! Və zərərçəkmiş adam onu soğan qabığı kimi soyacaq, anasından əmdiyi südü burnundan gətirəcək və o, dediyi məbləğ almasa, istintaq orqanlarına bağışlanma ərizəsi verməyəcək! Onu da qeyd edək ki, tərs sürücü də var, tərs zərərçəkmiş də! Belə anları yaşamamaq üçün sadəcə olaraq yol hərəkəti qaydalarına əməl etmək lazımdır! Nə başqasının maşın vurub əz, nə  də hansısa, piyadanı vurub get! Sükan arxasında əyləşmək hər bir sürüdən son dərəcə yüksək məsuliyyət və diqqət tələb edir. Diqqətli olun ki, danışdığımız bu hadisələr sizin başınıza gəlməsin!!!

  • Sentyabr:
  • 26

TƏQVİM / ARXİV