Tramp narkokartellərlə mübarizəyə başlayır - Rüstəm Hacıyev yazır
 

RÜSTƏM HACIYEV
585 | 2025-10-28 12:11

Venesuela lideri isə, bunu müharibəyə hazırlıq kimi qiymətləndirir

Birləşmiş Ştatlar, prezident Donald Trampın narkokartellərlə mübarizə çərçivəsində,  dünyada ən böyük aviadaşıyıcı gəmisini Venesuela sahillərinə göndərib. ABŞ lideri narkokarterləri yerüsrtü əməliyatlar keçirəcəyi ilə hədələyir.

Venesuelanın paytaxtı Karakasda isə əmindirlər ki, prezident Tramp bu ölkənin prezidenti Nikolas Maduronu devirmək üçün müharibəyə başlamağa hazırlaşır.

 Əslində daha əvvəllərdə olduğu kimi, ABŞ və Rusiya birbaşa deyil, yenə də üçüncü dövlətin ərazilərində qarşılaşmağa üstünlük verdiyi görünür. Beləki, Rusiya bu günlərdə Venesuela ilə strateji əməkdaşlıq müqavilədini ratifikasiya edib və bu da təbii ki, "Sem dayının" xoşuna gəlməyib.

Pentaqonun Karib dənizi hövzəsinə göndərdiyi müasir "USS Gerad Ford" aviadaşıyıcı gəmisinin göyərtəsində onlarla "gözəgörünməz" F-35 C Lightning ll qırıcı təyyarəsi,F/A-18E/F Super Hornet bombardımançı qırıcı təyyarələri və kəşfiyyatçı təyyarələri var.

Hhe Guardian mətbu orqanın məlumatına görə, aviadaşıyıcı gəmi yaxın vaxtlarda Venesuela sahillərinə çatacaq.
 
Görünən odur ki, Tramp administrasiyası okean sularında   narkotik daşıdığı güman edilən  kiçik gəmiləri məhv etmək kampaniyasını genişləndirərək qyruda da hərbi əməliyyatlara başlamaq fikirindədir.

 Pentaqonun nümayəndəsi Şon Parnellin sözlərinə görə, hərbi-dəniz əməliyyatlarının  genişləndirilməsi "ABŞ-ın təhlükəsizliyinin qorunmasına və ölkənin çiçəklənməsinə xidmət etmək imkanlarını artıracaq".

 Venesuelanın prezidenti Nikolas Maduro, ABŞ-ın regionda hərbi gücünü artırması müharibəyə hazırlıq kimi qiymətləndirilməlidir. Venesuela prezidenti, rusiyalı həmkarının dəstəyi ilə, ABŞ-ın Karib dənizində cəmləşən hərbi qüvvələrinə qarşı mübarizə aparacaqlarlnı bəyan edib.  Maduro bildirib ki, Rusiyanın onlara verdiyi 5 min ədəd "İqla-S" zenit-raket kompleksləri artıq bütün ölkə ərazilərinə yerləşdirilib. O, qeyd edib ki, amerikan hərbi qüvvələrinə qaşı zenit-raket kompleksləri ilə yanaşı milyona yaxın  ehtiyatda olan  qüvvələrini də, səfərbər edə bilər. 

Dünyada yeni müharibə ocağı alovlana bilərmi? Ümid edək ki, yaranmasın...

 

TƏQVİM / ARXİV