
... Çox vaxt onu mənə, məni də ona oxşadırdılar . Soruşurdular ki, qardaşsınız, əmioğlusuz, dayıoğlusuz? Amma bizim onunla, onun da bizimlə heç bir qohumluq əlaqəmiz yoxuydu. Sadəcə olaraq üz cizgilərimiz bizi bir- birimizə bənzədirdi.Əslinə baxanda Şəmistan Nəzirli ilə biz ruhən çox yaxın idik; düşüncəmiz, dünyaya baxışımız və həyat tərzimiz bizi bir- birimizə yaxınlaşdırırdı.Yeni biz elə ruhən qohumuyduq.Və düşüncə və oxşarlıq bizi hər an yaxınlaşdırdı. Ötən əsrin 70- çi illərində mən ADU- nun jurnalistika fakültəsini bitirəndə bir il Az TV- də müqavilə ilə müxbir işləyirdim. Elə o vaxtlar da yazıçı- jurnalist Şəmistan Nəzirli ilə aramızda isti münasibətlər yarandı.
O, televiziyanın " Gənclik" baş redaksiyasında redaktor işləyirdi və hərbi- vətənpərvərlik verilişlərini aparırdı. Həm ssenarini yazır, həm də aparıcılıq edirdi. Onu da deyim ki, hazırladığı bütün verilişlər çox gözəl idi. Yeni Şəmistan Nəzirli elə o vaxtlardan televiziya tamaşaçılarının yaddaşında iz qoymuş və onların ürəklərin fəth eləmişdi. Bir sözlə, özü kimi verilişləri də səmimiydi.Əlbəttə, vətənpərvərlik mövzusunda televiziya verilişləri hazırlamaq elə də sadə və asan deyildi. Ən azından uzun axtarışlar aparmaq, arxivlərdən lazımi sənədləri üzə çıxarmaq lazım idi. Bunun üçün dediyimiz kimi, zəhmət çəkmək, tədqiqat, araşdırmalar, axtarışlar tələb olunurdu.
Üstəlik də, səbrli olmalıydın. Bax , Şəmistan qardaşımız belə çətinliklər sinə gərərək Azərbaycan hərb tarixində böyük xidmətləri olmuş və Rus-Yapon müharibəsində böyük şücaət göstərmiş generallarımızı xalqımza yenidən tanıtdırdı və sevdirdi. Generallarımız Əliağa Şıxlinski, Mehmandarov barəsində arxivlərdən yeni tarixi faktlar üzə çıxardı və sübut etdi ki, ruslar müharibədə Azərbaycanlı generalların hesabına qələbə qazanıblar.Və tədqiqatçı- jurnalist Şəmistan Nəzirli o generallarımızın həyat və ömür yolu barədə unikal kitablar ərsəyə gətirdi. Onun Azərbaycan hərb- tarixi ilə bağlı çoxlu sayda kitabları işıq üzü görüb və oxucular tərəfindən sevgi ilə qarşılanıb.
Çünki Şəmistan müəllimin həm də gözəl və şirin bədii dili də vardı.O, özü nə qədər səmimi idisə, yazıları da bir o qədər səmimi, şirin və yaddaqalan idi. Yaşı səksəni keçsə də, elə yenə gənclik həvəsi ilə yazıb- yaradırdı və heç vaxt nə xəstəlik,nə də kədər onu ruhdan salmırdı. " Kədər" sözünü ona görə işlədirəm ki, bir dəfə " Azərbaycan" Nəşriyyatının qarşısında görüsəndə " soruşdum ki, nə təhərsən?" Cavab verdi ki, həyat yoldaşı rəhmətə gedən adam nə təhər olar, mən də elə! Gözünün içinə baxdım və dərinlikdə bir kədər gördüm və dostumun halına mən də kövrəldim, amma onu da gördüm ki, dərdə əyilmir. Bax bu, məni sevindirdi! Sonra da sözünü davam etdirib dedi ki, dörd otaqlı evdə tək qalmışam, ancaq yazıb- yaratmaq məni darıxmaga qoymur.
Elə dünyasını dəyısəndə görüşdə Allahın dərgahına qovuşub. ADA Universitetinin Qazax filialında görüs zamanı özünü pis hiss edib və dünyasın dəyişb. Onunla mənim dostluğumun 50 illik tarixi var . Və bu 50 ildə ondan- Şəmistan Nəzirlidən həmişə sədaqət, hörmət və səmimiyyət gördüm. Və onu da gördüm ki, Şəmistan qardaşımız bu dünyanın adamı deyil, göy üzünün adamıdı. Göy üzünün adamı, Cənnətin mübarək!!!