Manukyan Azərbaycan ərazilərinin işğalında xarici ölkələrdən gələn şəxslərin iştirak etdiyini təsdiqləyib

Bu gün Bakı Hərbi Məhkəməsində davam etdirilən məhkəmə prosesində Azərbaycan ərazilərinin işğalı zamanı Ermənistanın təşəbbüsü ilə yaradılan “Şuşa əlahiddə taboru”nun tərkibində xarici ölkələrdən gələn şəxslərin iştirakını ifşa edən videomaterial tədqiq olunub.
Adalet.az xəbər verir ki, kadrlarda bildirilir ki, dünyanın müxtəlif yerlərindən – ABŞ-dan, Kanadadan, Suriyadan, Ermənistandan gələn 210-dan artıq daşnak və könüllü tərəfindən 1991-ci il noyabrın 5-də “Şuşa əlahiddə taboru” yaradılıb.
Videomaterialda deyilir ki, “Qarabağın azad edilməsi” döyüşlərində iştirak edən təxminən 100 diaspor ermənisindən 65 nəfəri bu taborun döyüşçüsü olub.
Videogörüntülərdə özünün olduğunu təsdiq edən təqsirləndirilən şəxs David Manukyan Şuşa taborunun tərkibində Ağdərədə və Kəlbəcərdə aparılan döyüş əməliyyatlarında iştirak etdiyini bildirib.
D.Manukyan dövlət ittihamçısının suallarına cavabında iddia edib ki, Şuşa taborunun tərkibində muzdlular olmayıb, amma xarici ölkələrdən gələn şəxslər iştirak edib.
Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi davam etdirilir.
Digər Xəbərlər

Qadın məhkum üçün telefon keçirən həbsxana işçisinə cinayət işi açıldı

"Sualı cavablamaq üçün savadım yoxdur" - "Şərurlu İsfəndiyar" ifadə verdi

Məhkəmədə Petrsoyanın 1993-cü ildə keçirdiyi görüşü ifşa edən video nümayiş olundu

Videomaterialda David İşxanyan Qarabağın Ermənistana birləşdirilməsini əsas məqsəd adlandırıb

"Hazırda respublikanın 4 prokuroru qadındır" - Komitə sədrinin müavini

Ruben Vardanyanın məhkəməsində zərərçəkmiş şəxslərin ifadələri dinlənilib - YENİLƏNİB

Məhkəmə Tofiq Yaqublu barədə QƏRAR VERDİ
