adalet.az header logo
  • Bakı 17°C
  • USD 1.7
28 Mart 2023 09:37
226
GÜNDƏM

Manukyanın tələbi:"Rusiya sülhməramlıları Azərbaycana cavab verilməlidir"

Xəbər verdiyimiz kimi, Azərbaycan Ordusu Xankəndiyə qanunsuz silah daşınması üçün istifadə edilən Xankəndi-Turşsu-Xəlfəli yolunda lokal nəzarət tədbirləri görəndən sonra separatçılar arasında təşvişi artıb.


Adalet.az xəbər verir ki, “Hayastan” blokundan deputat, Daşnaksütyun partiyasının üzvü Qeqam Manukyan təşvişdən ağlını itirmək dərəcəsindədir. Manukyana elə gəlir ki, Rusiya sülhməramlıları üzərinə düşən vəzifələri tam yerinə yetirmir və Azərbaycana adekvat cavab vermir: “Rusiya sülhməramlılarının üzərinə mühüm vəzifələr düşür, onların natamam yerinə yetirilməsi hazırkı vəziyyətə gətirib çıxarır.
Onların tam hüquqlu fəaliyyəti Ermənistan hakimiyyəti tərəfindən təmin edilməlidir. Rusiya sülhməramlılarını fəal hərəkətlərə sövq etmək üçün təkcə təbliğat kifayət deyil, ən çox kölgəli kabinet işi aparılmalıdır”.


Mənasız “böyük Ermənistan”, “qüdrətli erməni” xülyasına özünü qapdırmış bütün ermənilər kimi Manukyana da elə gəlir ki, əslində Azərbaycana təsir etmək, onu “yerində oturtmaq” çox asan məsələdir, bu işi sadəcə, Ermənistan hakimiyyəti etmək istəmir: “Ermənistan hakimiyyətinin Azərbaycanla sülhün əldə olunması ilə bağlı bütün şifahi oyunları öz xalqını çaşdırmaq məqsədi daşıyır”.


Köçəryan partiyasının susmayan bu “bülbülü” Azərbaycanın tələbi ilə separatçıların “daşı ətəyindən töküb” inteqrasiya etmək planına da toxunub:”Qarabağ ermənilərinin nümayəndələrinin Bakıya görüşə dəvət olunmasına gəlincə, buna inanmaq və getmək olmaz”.
Qeyd edək ki, Ermənistan müxalifət partiyaları separatçıların Azərbaycan nümayəndələri ilə birbaşa görüşünə mane olmaq üçün əllərindən gələni etməyə hazırdırlar.

 Əntiqə Rəşid