Məcburi köçkünlərin gəlirgətirən fəaliyyətlərə təşviqi diqqət mərkəzindədir
Böyük Qayıdışa dair I Dövlət Proqramının icrası çərçivəsində məcburi köçkünlərin gəlirgətirən fəaliyyətlərə təşviq və cəlb edilməsi üzrə icma əsaslı tədbirlər həyata keçirilir. Ötən il bu istiqamət üzrə təşəbbüslər Məcburi Köçkünlərin Sosial İnkişaf Fondu tərəfindən dəstəklənib, müvafiq layihə gerçəkləşdirilib.
Adalet.az xəbər verir ki, layihənin yekunları üzrə hesabatın təqdimatında Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Məşğulluq sektorunun müdiri Kamran Ağaməliyev çıxış edərək, tədbir iştirakçılarına görülmüş işlər barədə ətraflı məlumat verib. Bildirilib ki, layihəyə 210 məcburi köçkün cəlb edilib, onların müxtəlif sahələrdə sahibkarlıq fəaliyyəti ilə məşğul olmaları üçün biznes planlar hazırlanıb, həmçinin müxtəlif mövzular - biznes planın hazırlanması, sosial medianın idarə edilməsi, satış, mühasibatlıq, insan resurslarının idarə edilməsi və s. üzrə təlimlər və məsləhət xidmətləri göstərilib.
Böyük Qayıdışa dair I Dövlət Proqramının tərkib hissəsi olaraq bu layihənin əsas məqsədi işğaldan azad edilmiş ərazilərdə məskunlaşacaq əhalinin özünüməşğulluq proqramına cəlb edilməsi vasitəsilə onların sosial rifahın gücləndirilməsi və ölkə iqtisadiyyatına töhfə veməkdən ibarətdir.
Tədbirin sonunda layihədə iştirak etmiş benefisiarlara sertifikatlar təqdim edilib.
Digər Xəbərlər
25 Iyun 2026 09:31
“Bu keyfiyyətləri öz şəxsiyyətində və siyasi fəaliyyətində birləşdirən liderimiz var”
25 Iyun 2026 09:21
“Oğul var ki, atasına sağlığında hörmət etməyib...” - İlahiyyatçı
25 Iyun 2026 09:00
“İllərlə qazanılan etibarı itirmək bir anlıq məsələdir...”
24 Iyun 2026 20:45
Bank kartları ilə bağlı problem aradan qaldırıldı - RƏSMİ
24 Iyun 2026 19:39
Hərbi Polis İdarəsində qoşun xidmətinin təşkilinə dair seminar keçirilib
24 Iyun 2026 18:28
FHN yanında İctimai şuranın üzvləri görüş keçiriblər
24 Iyun 2026 15:58
ABB kartlarından pul silinir - Vətəndaşlardan şikayət
24 Iyun 2026 14:44


Bakı -°C

