Vens Türkiyəyə F-35-lərin verilməsindən danışdı
ABŞ-nin vitse-prezidenti J.D. Vens Türkiyənin F-35 qırıcı təyyarələrini qanuni olaraq ala bilməsini təmin etmək üçün Pentaqonla birlikdə çalışdığını açıqlayıb.
Adalet.az xəbər verir ki, bu barədə "Associated Press" məlumat yayıb.
"Onların Amerika qanunlarına uyğun olduğundan əmin olmaq üçün yoxlamalı olduğumuz müəyyən şeylər var. Vəziyyəti nəzərdən keçiririk və bunun baş verdiyinə əmin oluruq. Bu, həqiqətən Konqresin məsələsidir və Türkiyənin F-35-ləri ala bilməsi üçün Amerika qanunlarına uyğun olduğundan əmin olmalıyıq", - deyə Vens qeyd edib.
Xatırladaq ki, bir müddət əvvəl ABŞ prezidenti Donald Tramp Oval Ofisdə jurnalistlərə açıqlamasında Türkiyəyə F-35 qırıcı təyyarələrinin verilməsini mümkün hesab etmişdi.
Türkiyə 2017-ci ildə Rusiyadan 2,5 milyard dollara dörd diviziya S-400 hava hücumundan müdafiə sistemləri alıb. 2019-cu ilin oktyabr ayında Rosoboronexport sistemlərin təchizatı üçün müqavilənin imzalandığını açıqladı. Türkiyə ilə Rusiya arasında S-400-lərin alay dəstinin tədarükü ilə bağlı razılaşmadan sonra Ankara yeni nəsil F-35 qırıcı təyyarələrinin yaradılması üzrə Amerika proqramından çıxarıldı. Eyni zamanda, Türkiyə Müdafiə Nazirliyi dəfələrlə S-400-lərə yanaşmada heç bir dəyişiklik olmadığını bildirib.
Digər Xəbərlər
25 Iyun 2026 10:59
Dünyanın ən qədim meteor krateri aşkarlandı - Yaşı 3 milyard ildən çoxdur
25 Iyun 2026 10:55
“NATO sammitinə Ərdoğana görə gedəcəyəm” - VİDEO
25 Iyun 2026 09:40
Pezeşkianın bu görüntüləri gündəm oldu - VİDEO
24 Iyun 2026 21:00


Bakı -°C

