Mariya Stadnik karyerasını başa vurdu
Azərbaycanın qadın güləşçisi Mariya Stadnik karyerasını başa vurduğunu açıqlayıb.
Adalet.az xəbər verir ki, idmançı bu barədə İnstaqramda şəxsi hesabında paylaşım edib.
"Mən adımı dünya qadın güləşi tarixinə yazdım. Bu tarixi mənimlə birlikdə yaradan hər kəsə minnətdaram. İndi isə həyatımın bu səhifəsini bağlayıb yeni bir tarix yazmağın vaxtıdır. Güləş, hər şey üçün sənə təşəkkür edirəm".
Qeyd edək ki, M.Stadnik Paris-2024-ü medalsız başa vurub. İkiqat dünya və onqat Avropa çempionu əvvəlki dörd olimpiadada iki gümüş və iki bürünc mükafat əldə edib.
Digər Xəbərlər
02 Fevral 2025 22:00
“Turan Tovuz” hücumçusu ilə yollarını ayırdı
02 Fevral 2025 21:21Hidayət Heydərov 2024-cü ilin ən yaxşı cüdoçusu seçilib
02 Fevral 2025 20:08"Tottenhem" yeni transferini açıqladı
02 Fevral 2025 19:23Harri Keyn Bundesliqada ilkə imza atıb
01 Fevral 2025 09:00