Maşınını texniki baxışdan keçirmək istəyənlərin nəzərinə! - VİDEO
Baş Dövlət Yol Polisi İdarəsi texniki müayinə mərkəzi ilə bağlı sürücülərə müraciət edib.
Adalet.az xəbər verir ki, müraciətdə deyilir:
"Nəqliyyat vasitəsinin texniki sazlığının yol hərəkəti təhlükəsizliyinə bilavasitə təsirini nəzərə alaraq, Baş Dövlət Yol Polisi İdarəsi fiziki və hüquqi şəxsləri istifadələrində olan nəqliyyat vasitələrini vaxtında texniki baxışa təqdim etməyə, xidmətdə məmnunluğun təmin edilməsi məqsədilə bu sahədə yaradılmış imkanlardan faydalanmağa çağırır.
Digər məntəqələrdə olduğu kimi paytaxtın Lökbatan dairəsindən Yeni Yasamal yaşayış massivinə gedən yolun 2-ci kilometrliyində yerləşən, müаsir аvadаnlıq və ölçü cihаzlаrı ilə təchiz edilmiş Müayinə Mərkəzində də növbələrin yaranmaması üçün bütün lazımı şərait yaradılıb.
Təkcə paytaxt əhalisi üçün deyil, respublikanın digər regionlarında qeydiyyatda olan avtomobillərə də xidmət göstərən sözügedən Müayinə Mərkəzi həftənin I-VI günləri saat 09:00-dan 23:00-dək, bazar günü isə saat 09:00-dan 18:00-dək fəaliyyət göstərir".
Avtomobillərin texniki baxışdan keçirilməsi ilə bağlı yaranmış suallara 012-511-08-40 nömrəli qaynar xəttinə zəng etməklə cavab ala bilərsiz".
Digər Xəbərlər
12 Mart 2026 14:38
Bakıda “Ferrari” qaydaları belə pozdu - VİDEO
11 Mart 2026 11:16
Maşın yarıyolda qalırsa...
11 Mart 2026 08:50
Bakının 21 yolunda tıxac var - SİYAHI
10 Mart 2026 09:44
Sol zolaqla hərəkət edən sürücülərin nəzərinə! - VİDEO
07 Mart 2026 17:57
Axşam saat 22- dən sonra...
07 Mart 2026 12:43
Avtomobil ustalarının fırıldağı: Ehtiyat hissəsini bir maşından oğurlayıb, digərini təmir edirmişlər
06 Mart 2026 08:38
Bakıda bu yollarda tıxac var - SİYAHI
04 Mart 2026 12:18


Bakı -°C

