adalet.az header logo
  • Bakı 18°C
  • USD 1.7
18 Iyun 2020 12:13
82173
MÜSAHİBƏ

“Mavi boyalı ev”-xoşbəxtliyin, ümidin rəngidi - MÜSAHİBƏ

Gənc yazar RəvanCavidin bu yaxınlarda "Mavi boyalı ev” adlı şeirlər kitabı çap olunub. Bu barədəonunla qısa söhbət etdik.

Bugünlərdə "Mavi boyalı ev”i təqdim etdin. Niyə mavi boyalı?

"Mavi boyalı ev” şeirim ən çox sevilən və diqqət çəkənşeir oldu. Kitabı da həm o şeirlə başladım, həm də ad seçimində çox fikirləşmədim.Mavi ən sevdiyim rəngdi. Xoşbəxtliyin, ümidin rəngidi. Kitabları imzalayanda damasmavi arzularla yazıram. O rəngin səmavi enerjisi var. Amma oralara girməyəcəm(gülür)

İmzagününün axşamı şikayət dolu status yazmışdın. Məgər necə olacağını bilmirdin?Elə bilirdin kitab üstündə növbə olacaq?

Statusun kitab satışı ilə əlaqəsi yox idi. Şəxsiproblemlərim var. Əksinə, kitab pis satılmır.

Kitabçıxarmaqda tələsməmisən?

İlk kitabım 19 yaşımda çap olunub. O da şeirlərtoplusu idi. Üç ildən sonra yeni yazdıqlarımı da kitab halına saldım. Kitab mərhələdi.Təcrübədi. Geci-tezi olmur.

Məncə,hərbi xidmətə getməmişdən qabaq özünə əsgər yoldaşı axtarırsan. Kitabı da özünə...

Elə kitabla dostlaşmışam.

Cəmi200 tiraj kitab çıxartmısan. Bu günə qədər satılıb qurtarmayıb da. Düzünü desək,hər hansı ölkənin müəyyən dərəcədə üzdə olan imzasının bu qədər tirajı günlərləsatıb quratara bilməməsi biabırçılıqdı.

Elə danışırsan, elə bil Azərbaycanda yox, Almaniyadayaşayırsan (gülür). Kitab bir həftədi çıxıb, yarısı satılıb. Məlum şəraitdə pisgöstərici deyil, məncə.

-Kitab haqda müsbət rəylər var?

Daha çox lirikşeirlərin yer aldığı nəfis bir kitabdı. Tərtibat da, mövzular da yaxşıdı.2017-2020-ci illərdə yazdığım şeirləri toplamışam. Redaktoru dostum şair FəridHüseyndi. Təqdimat edə bilmədiyim üçün "Kibrit”də özüm imzalayıb satıram. Gələnrəylər də müsbətdi. Ümid edirəm, yaxşı olacaq.

Emin Piri