Mbappe Superkubok oyunlarında "Real"a kömək edə bilməyəcək
"Real Madrid"in hücumçusu Kilian Mbappe İspaniya Superkubokunun yarımfinalında "Atletiko Madrid"ə qarşı keçiriləcək oyunu buraxacaq.
Adalet.az xəbər verir ki, daha əvvəl İspaniya mətbuatı fransız futbolçunun zədəsini sağaldacağını və 8 yanvar tarixində baş tutacaq Madrid derbisində iştirak edəcəyini ehtimal edirdi. Lakin son məlumatlara görə, artıq bu ehtimal reallaşmayacaq. 27 yaşlı hücumçu “matrasçılar”a qarşı oynamayacaq.
Məlumata görə, Mbappe hətta Superkubok oyunlarının keçiriləcəyi Səudiyyə Ərəbistanına da komanda ilə birlikdə yollanmayacaq.
Qeyd edək ki, Kilian Mbappe cari mövsümdə keçirdiyi 24 matçda 29 qol vurub.
Digər Xəbərlər
25 Yanvar 2026 09:03
"Liverpul" "Qarabağ"la oyundan əvvəl uduzdu
25 Yanvar 2026 08:55
"Bilmək olmaz, bəlkə bu dünyadan daha tez köçdük" - Qurban Qurbanov
25 Yanvar 2026 08:54
Bəhlul Mustafazadə "Qarabağ"dan gedəcək? - AÇIQLAMA
24 Yanvar 2026 13:30


Bakı -°C

