Mbappe yenə penaltini vura bilmədi, "Real" uduzdu - VİDEO
La Liqada “Atletik” və “Real” arasında təxirə salınmış oyun keçirilib.
Adalet.az xəbər verir ki, Bilbaoda keçirilən qarşılaşma yerli komandanın 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Hesabı 53-cü dəqiqədə “Atletik”dən Berenqer açıb. 78-ci dəqiqədə Bellingem cavab qolu vurub. 80-ci dəqiqədə isə meydan sahiblərinin oyunçusu Quruseta qələbə qolunu “Real”ın qapısından keçirib.
Bu oyundan sonra “Real” 15 oyundan 33 xalla 2-ci yeri tutur. Lider “Barselona” 16 matçdan 37 xal toplayıb. “Atletik” isə 16 oyundan 29 xalla 4-cü pillədədir.
Qeyd edək ki, 68-ci dəqiqədə “Kral klubu”nün hücumçusu Kilian Mbappe penaltini dəqiq yerinə yetirə bilməyib. Onun vurduğu zərbədən sonra qapıçı topu dəf edib.
Xatırladaq ki, Mbappe ötən həftə “Liverpul”la Çempionlar Liqası matçında da (0:2) penaltini dəqiq vura bilməmişdi.
Digər Xəbərlər
16 Sentyabr 2026 12:36
Arda gözəl qol vurdu, “Real” qalib gəldi - VİDEO
16 Sentyabr 2026 11:42
Avropa Liqasında mövsümə start verilir
16 Sentyabr 2026 11:22
"Kəpəz"in futbolçusu Moldova millisinə dəvət alıb
16 Sentyabr 2026 10:23
Xames Rodriges millidən getdi
16 Sentyabr 2026 09:25
Messi Argentina millisində vida matçına çağırıldı
15 Sentyabr 2026 18:04
"Karvan-Yevlax" hücumçu transfer etdi
15 Sentyabr 2026 17:02
Roberto Karlosdan Arda Güler açıqlaması: “Mourinyo bundan əl çəkməlidir”
15 Sentyabr 2026 09:00


Bakı -°C

