“Media ayı” çərçivəsində təlimlər davam edir - FOTOLAR
Medianın İnkişafı Agentliyi (MEDİA) və “Regional İnkişaf” İctimai Birliyinin birgə təşkilatçılığı ilə könüllülük proqramı çərçivəsində həyata keçirilən “Media ayı”nın təlimləri davam etdirilir.
MEDİA-dan Adalet.az-a bildirilib ki, növbəti təlimlər Şamaxı, Ağcabədi və Qəbələ rayonlarında dosent, fəlsəfə elmlər doktoru Sevda Axundova tərəfindən “Sosial mediada auditoriya yönümlü məzmun hazırlama və etik normalar”, Medianın İnkişafı Agentliyinin nümayəndəsi Aynur Zeynallı tərəfindən “Media savadlılığı” və fotojurnalist Vüqar İbadov tərəfindən “Fotojurnalistikanın mediada rolu və önəmi” mövzularında keçirilib.
Təlimlərin sonunda könüllüləri maraqlandıran suallar cavablandırılıb, aktual məsələlər ətrafında geniş fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, layihənin keçirilməsində əsas məqsəd gənclərə yeni media mühitindəki tendensiyaları, media savadlılığı ilə bağlı zəruri hesab edilən bilik və bacarıqları aşılamaq, cəmiyyətdə məlumat təhlükəsizliyinin təmin edilməsində gənclərin rolunu artırmaq, eyni zamanda, onların tənqidi düşünmə və təhlil bacarıqlarını inkişaf etdirməkdir.
Digər Xəbərlər
14 Sentyabr 2026 19:12
Azərbaycan və Türkiyə arasında media əməkdaşlığının inkişafı müzakirə olunub - FOTOLAR
08 Sentyabr 2026 13:32
I Bakı Türkoloji Qurultayı və Milli Mətbuatın 50 illik yubileyi - Faktlar
04 Sentyabr 2026 09:46
“Azərsun Holdinq” jurnalistlər üçün təlim keçirdi
03 Sentyabr 2026 20:28
Azərbaycana qarşı dezinformasiya kampaniyası aparılır - MEDİA
31 Avqust 2026 20:12
“Azərbaycanla bağlı həqiqətə uyğun olmayan materiallar dərc edilib” - MEDİA
29 Avqust 2026 20:58
Bütün media subyektləri qanunvericiliyin tələblərinə əməl etməlidir! - BƏYANAT
22 Avqust 2026 12:29
MEDİA Nuraninin vəfatı ilə bağlı başsağlığı verdi
21 Avqust 2026 15:30


Bakı -°C

