MEDİA: Azərbaycan mediası sülhün təbliğatçısı olmaldır
Azərbaycan sülhü sadəcə şüar kimi səsləndirmir.
Adalet.az xəbər verir ki, bunu MEDİA-nın icraçı direktorunun müavini Natiq Məmmədli Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin təşkilatçılığı ilə “Prezident İlham Əliyevin sülh strategiyası sabitliyin qarantıdır” mövzusunda keçirilən dəyirmi masada çıxışı zamanı bildirib.
O qeyd edib ki, Azərbaycan regionda sülh müəllifidir və bu, böyük məsuliyyət daşıyan bir ifadədir:
“Azərbaycan regionda öz gücü hesabına sülh yaradıb və bu sülh artıq dünya üçün nümunəyə çevrilib. Dünyanın əksər siyasi liderləri sülhdən danışırlar. Lakin media və beynəlxalq ictimaiyyət bu çağırışların hamısına eyni səviyyədə önəm vermir. Prezident İlham Əliyevin sülh çağırışları isə təkcə Azərbaycan və region miqyasında deyil, qlobal müstəvidə də əsas müzakirə mövzularından birinə çevrilir”.
Natiq Məmmədli bildirib ki, bunun əsas səbəbi sözlə əməl arasında vəhdətin olmasıdır:
“Azərbaycan sülhü sadəcə şüar kimi səsləndirmir. Bunun arxasında dövlətin siyasi iradəsi, Prezident İlham Əliyevin qətiyyəti və həyata keçirilən real siyasət dayanır. Məhz buna görə Azərbaycan Prezidentinin sülh çağırışları dünya liderləri tərəfindən prinsipial yanaşma kimi qiymətləndirilir”.
Müavin vurğulayıb ki, bu prosesdə medianın da üzərinə böyük məsuliyyət düşür:
“Azərbaycan mediası dünyada sülhün təbliğatçısı olmalıdır. Sülh prinsiplərinin təşviqi medianın əsas missiyalarından biridir. Bu, həm də media etikasının prinsipləri ilə tam uyğun gələn yanaşmadır. İnanırıq ki, Prezidentin çağırışlarından sonra media bu funksiyanı da layiqincə yerinə yetirəcək”.
Digər Xəbərlər
01 Iyun 2026 17:32
Əməkdar jurnalist Əminə Yusifqızının 75 illik yubileyi qeyd edildi
20 May 2026 17:07
WUF13 çərçivəsində MİM tərəfindən tədbir keçirildi - FOTOLAR
20 May 2026 13:02
Əhməd İsmayılov D-8-in Baş katibi ilə görüşdü - FOTO
13 May 2026 15:06
Medianın İnkişafı Agentliyi jurnalistlər üçün müsabiqə elan etdi
05 May 2026 14:30
MEDİA qəzet və saytlara dəstək müsabiqəsi elan etdi
05 May 2026 13:04
Mətbuat Şurası medianı müsahiblərə həssas yanaşmağa çağırıb
05 May 2026 12:10
Azərbaycan və Suriyanın media əməkdaşlığı müzakirə edilib
01 May 2026 14:12


Bakı -°C

