MEDİA: Azərbaycan TDT-yə üzv dövlətlərinin tədbirlərində iştirak etməkdə maraqlıdır
"Azərbaycan Türk Dövlətləri Təşkilatının üzv dövlətlərinin tədbirlərində iştirak etməkdə maraqlıdır".
Adalet.az xəbər verir ki, bu sözləri Türk Dövlətləri Təşkilatının Media və informasiya üzrə işçi qrupunun 12-ci iclasında Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin Beynəlxalq əlaqələr və sənədlərlə iş departamentinin direktoru Rasim Bağırov deyib.
O qeyd edib ki, Türk Dövlətləri Təşkilatı (TDT) Azərbaycan üçün ən sıx əməkdaşlıq edilən qurumlardan biridir:
“TDT çərçivəsində media sahəsində həyata keçirilən birgə layihələr, institusional əməkdaşlıq mexanizmləri və qarşılıqlı informasiya mübadiləsi türkdilli dövlətlər arasında vahid və dayanıqlı kommunikasiya məkanının formalaşmasına mühüm töhfə verir. İclasın gündəliyində yer alan məsələlər informasiya təhlükəsizliyinin möhkəmləndirilməsi, dezinformasiya ilə mübarizədə birgə səylərin koordinasiyası, strateji kommunikasiya bacarıqlarının inkişafı və media sahəsində ortaq təşəbbüslərin daha səmərəli icrası baxımından yeni imkanlar yaradır”, - o bildirib.
Digər Xəbərlər
22 Oktyabr 2026 22:04
Azərbaycanda hicabla bağlı Türkiyə mediasında yayılan iddialara CAVAB
21 Oktyabr 2026 11:57
Jurnalistlərin adından saxta mesajlar göndərilir - Mətbuat Şurasından xəbərdarlıq
19 Oktyabr 2026 17:28
Mətbuat Şurası Türkiyənin media qurumlarına çağırış edib
16 Oktyabr 2026 13:46


Bakı -°C

