MEDİA Naxçıvan idarəsi üzrə könüllülük proqramı elan edib
Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin Naxçıvan regional idarəsi media sahəsinin inkişafı istiqamətində həyata keçirilən layihələr çərçivəsində gənclərin potensialından daha səmərəli istifadə etmək, onların fərdi və peşəkar inkişafına şərait yaratmaq, media sahəsində gənclərin fəal iştirakını və yaradıcı-innovativ potensialını stimullaşdırmaq, eyni zamanda ölkədə könüllülük hərəkatına dəstək olmaq məqsədi ilə “Media könüllüləri” Proqramına qeydiyyat elan edir.
Adalet.az xəbər verir ki, proqram müddətində könüllülərin nəzəri və təcrübi biliklər qazanması üçün Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin Naxçıvan regional idarəsinin müvafiq struktur bölmələrində, həmçinin müxtəlif media subyektlərində təşkil ediləcək təcrübə proqramlarında, təlim və layihələrdə iştirakı nəzərdə tutulur.
Media sahəsində MEDİA könüllüsü olmaq istəyən 18-29 yaş arası gənclər qurumun saytına daxil olaraq müvafiq linkdən qeydiyyatdan keçməlidir.
Qeyd edək ki, “MEDİA könüllüləri” Proqramı 3 ay müddətində davam edəcəkdir. Könüllülük fəaliyyətini uğurla başa çatdırmış və öz öhdəliklərini yerinə yetirmiş könüllülər Proqramın sonunda Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin Naxçıvan regional idarəsi tərəfindən sertifikatla təltif olunacaqlar.
Müraciət üçün son qeydiyyat tarixi 10 sentyabrdır.
Digər Xəbərlər
13 May 2026 15:06
Medianın İnkişafı Agentliyi jurnalistlər üçün müsabiqə elan etdi
12 May 2026 15:20
MEDİA: Azərbaycan mediası sülhün təbliğatçısı olmaldır
05 May 2026 14:30
MEDİA qəzet və saytlara dəstək müsabiqəsi elan etdi
05 May 2026 13:04
Mətbuat Şurası medianı müsahiblərə həssas yanaşmağa çağırıb
05 May 2026 12:10
Azərbaycan və Suriyanın media əməkdaşlığı müzakirə edilib
01 May 2026 14:12
MEDİA-nın təşkilatçılığı III Forumun açılış mərasimi keçirilib - FOTOLAR
01 May 2026 12:07
Bakıda WUF13 çərçivəsində media mərkəzi yaradılacaq
01 May 2026 11:50


Bakı -°C

