MEDİA-nın BDU-da xüsusi auditoriyası istifadəyə verildi - FOTOLAR
Noyabrın 26-da Medianın İnkişafı Agentliyinin Bakı Dövlət Universitetində (BDU) xüsusi auditoriyası istifadəyə verilib.
MEDİA-dan Adalet.az-a verilən məlumata görə, tədbirdə çıxış edən rektor Elçin Babayev BDU-nun Jurnalistika fakültəsinin ölkədə peşəkar jurnalist kadrlarının hazırlanmasında mühüm rol oynadığını, məzunların medianın müxtəlif sahələrində uğurla çalışdıqlarını diqqətə çatdırıb. Rektor qeyd edib ki, tələbələrin nəzəri biliklər əldə etməklə yanaşı, praktik bacarıqlarının möhkəmləndirilməsi, tədris prosesinə peşəkar şəxslərin cəlb edilməsi olduqca vacibdir.
Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılov Agentlik tərəfindən göstərilən müxtəlif formatlı təşəbbüslərin jurnalistika sahəsində təhsil alan gənclər üçün yeni imkanlar yaradacağını və onların peşəkar bacarıqlarının inkişafına müsbət təsir göstərəcəyini vurğulayıb. O bildirib ki, bu ixtisas üzrə müasir dövrün tələblərinə cavab verən kadrların hazırlanması yeni yanaşma və metodologiyaların tətbiqini zəruri edir, buna görə də tələbələr üçün təlim, seminar və kursların təşkil edilməsi önəmli hesab olunur.
Mətbuat Şurasının sədri Rəşad Məcid isə bu cür layihələrin Azərbaycan mediasının inkişafına töhfə verəcəyini və gənc nəslin intellektual inkişafının təmin edilməsi, ictimai fəallığının artırılması, tələbələrin yüksəkixtisaslı mütəxəssis kimi formalaşması, onların sürətlə dəyişən əmək bazarında rəqabətədavamlı olmalarına xidmət edəcəyini vurğulayıb.
BDU-nun Milli mətbuat tarixi kafedrasının müdiri, professor Cahangir Məmmədli, Multimedia və elektron kommunikasiya kafedrasının müdiri Qulu Məhərrəmli, MEDİA Agentliyinin İcraçı direktorunun müavini Natiq Məmmədli, Jurnalistika fakültəsinin dekanı Vüqar Zifəroğlu, Yeni media və kommunikasiya nəzəriyyəsi kafedrasının professoru Akif Rüstəmov və digər çıxışçılar jurnalistika təhsilinin keyfiyyəti, mediada yeni tendensiyalar, müasir texnologiyaların tətbiqi barədə fikirlərini bölüşüblər.
Sonra Medianın İnkişafı Agentliyinin İcraçı direktoru Əhməd İsmayılovun Jurnalistika fakültəsinin tələbələri ilə görüşü keçirilib. Əhməd İsmayılov Prezident İlham Əliyevin müvafiq Fərmanı ilə əsası qoyulmuş media islahatları barədə ətraflı məlumat verib, bu islahatların jurnalistikanın inkişafına, beynəlxalq standartlara uyğunlaşmasına böyük təsir göstərdiyini, "Media haqqında" Azərbaycan Respublikası Qanununun qəbulundan sonra həyata keçirilən dəyişikliklərin, xüsusilə media subyektlərinin iqtisadi müstəqilliyinin artırılması və vergi güzəştlərinin tətbiqinin əhəmiyyətini qeyd edib.
Diqqətə çatdırılıb ki, bütün bunlar media qanunvericiliyinin təkmilləşməsi və islahatların mediamızın inkişafına verdiyi töhfələrin bir qismidir, bu proses davamlı olacaq.
Digər Xəbərlər
03 Noyabr 2026 12:58
Azərbaycançılıq ideologiyası və informasiya suverenliyi: milli birlikdən qlobal media təsirinə doğru
02 Noyabr 2026 17:55
“Rəqəmsal Media Ayı” başlayıb
02 Noyabr 2026 11:35
Türkiyənin sosial şəbəkə seqmentində Prezidentin adından saxta fikirlər yayılır - Media və Yayım Şurası
02 Noyabr 2026 09:56
"Rəqəmsal Media Ayı" keçiriləcək
01 Noyabr 2026 18:15
Heç kim jurnalistin peşə fəaliyyətinə zorakı müdaxilə edə bilməz – Mətbuat Şurasının sədri
01 Noyabr 2026 15:00
Media və Yayım Şurasından jurnalistlərə hücumlarla bağlı BƏYANAT
30 Oktyabr 2026 15:00
Əhməd İsmayılov Nat Bayjay ilə görüşdü - FOTOLAR
29 Oktyabr 2026 13:39


Bakı -°C

