Media savadlılığı ilə bağlı layihənin icrasına başlanılır
Medianın İnkişafı Agentliyi (MEDİA), Azərbaycan Respublikasının Gənclər Fondu və "Regional İnkişaf" İctimai Birliyinin birgə təşkilatçılığı ilə könüllülük proqramı çərçivəsində "Milli Mətbuat 150 – Rəqəmsal erada gənclər və media savadlılığı" layihəsinə start verilir.
Bu barədə Adalet.az-a MEDİA-dan məlumat verilib.
Sentyabr-dekabr aylarını əhatə edəcək layihə çərçivəsində 10-dan artıq regiondan 500-dən çox gəncin iştirakı ilə mətbuat tarixi və yeni media istiqamətində, eyni zamanda media savadlılığı mövzusunda təlim, praktik və interaktiv sessiyaların təşkil edilməsi nəzərdə tutulur.
Layihənin məqsədi fəal sosial media istifadəçisi kimi zərərli məlumatların təsirinə daha çox məruz qalma ehtimalı olan gənclərin müasir media və kommunikasiya sahəsində biliklərinin artırılması, media savadlılığı mövzusunda bacarıqlarının təkmilləşdirilməsi, dezinformasiya ilə mübarizədə maarifləndirmənin və həmrəyliyin gücləndirilməsidir.
Layihənin yekunu olaraq, dekabr ayında Bakı və regionlardan ümumilikdə 100-dən çox gəncin iştirakı ilə tədbirin keçirilməsi planlaşdırılır.
Digər Xəbərlər
14 Aprel 2026 19:42
Medianın İnkişafı Agentliyində Monqolustan nümayəndə heyəti ilə görüş keçirilib
10 Aprel 2026 16:00
MEDİA sosial şəbəkədə Azərbaycandan Körfəz ölkələrinə raket atılması iddialarını təkzib etdi
08 Aprel 2026 12:53
MEDİA-da Qazaxıstan nümayəndə heyəti ilə görüş keçirilib - FOTOLAR
07 Aprel 2026 13:32
Mətbuat Şurasının Şikayətlər üzrə Komissiyasının iclası keçirilib
06 Aprel 2026 16:39
Faiq Qismətoğlu milli mətbuatın 150 illik medalını aldı
31 Mart 2026 15:15
Xarici media subyektlərinin filialının qeydiyyatına dair tələb müəyyənləşdi
30 Mart 2026 18:24
MEDİA nümayəndələri Türkiyədə Dezinformasiya ilə Mübarizə Mərkəzini ziyarət ediblər
28 Mart 2026 13:04


Bakı -°C

