Medianın İnkişafı Agentliyində xarici jurnalistlərlə görüş keçirildi

Medianın İnkişafı Agentliyində (MEDİA) Tərəfsiz (Parlament) Jurnalistlər İctimai Birliyinin təşəbbüsü ilə Azərbaycanda səfərdə olan Böyük Britaniya, Albaniya və Gürcüstanın nüfuzlu media orqanlarının təmsilçiləri ilə görüş keçirilib.
Bu barədə Adalet.az-a MEDİA-dan məlumat verilib.
Görüşdə Böyük Britaniyanın “Daily Mail”, “Daily Star” və “Avrupa News Agency” platformalarını təmsil edən Alpaslan Duven, Albaniyanın “infowebmedia” rəqəmsal platformasının təmsilçisi Anisa Bahiti və Gürcüstanın “geodigest.ge” və “newsday.ge” xəbər saytlarının nümayəndəsi Avtandil Otinaşvili iştirak edib.
Xarici jurnalistlərə ölkəmizdə media sahəsində həyata keçirilən islahatlardan, jurnalistlərin peşəkarlığının, cəmiyyətin media savadlılığının artırılması istiqamətində görülən çoxşaxəli və kompleks tədbirlərin mahiyyəti və əhatə dairəsindən bəhs edilib.
Görüşdə media sahəsində əlaqələrin gücləndirilməsi, səmərəli əməkdaşlıq və inkişaf perspektivləri ətrafında geniş fikir mübadiləsi aparılıb.
Digər Xəbərlər

MEDİA Özbəkistanın media nümayəndələri üçün təlim keçirib - FOTO

Hikmət Hacıyev media rəhbərləri ilə görüşdü - FOTOLAR

MEDİA-da Özbəkistanın rəsmi şəxləri ilə görüş keçirilib - FOTOLAR

Baş Prokurorluqda media subyektləri və gənclərin iştirakı ilə tədbir keçirildi - FOTOLAR

MEDİA qəzetlərə və saytlara dəstək üçün müsabiqə elan etdi

"Azərbaycana qarşı informasiya məkanında təhdidlər artır" - Natiq Məmmədli

Kollegiya sədri: Fikir və söz azadlığından istifadə edilərkən şəxsi həyata müdaxilə yolverilməzdir
