Məhkəmə İftixar Piriyevlə bağlı qərar verdi

İrəvan Dövlət Azərbaycan Dram Teatrının keçmiş direktoru aktyor İftixar Piriyevlə bağlı məhkəməyə xüsusi ittiham qaydasında edilən müraciət üzrə qərar verilib.
Adalet.az apa-ya istinadən xəbər verir ki, Mədəniyyət Nazirliyinin əməkdaşı Vəfa Novruzovanın İftixar Piriyevlə bağlı Binəqədəi Rayon Məhkəməsinə xüsusi ittiham qaydasında etdiyi şikayətə baxılıb.
Binəqədi rayon məhkəməsində keçirilən prosesdə qərar qəbul olunub. Qərara əsasən, İ.Priyevlə bağlı başlanmış icraata xitam verilib. O, iddiada qeyd olunan əməldə təqsirli bilinsə də, iş üzrə cinayət məsuliyyətinə cəlb etmənin müddəti bitdiyi üçün işə xitam verilməsinə qərar verilib.
Qeyd edək ki, Vəfa Novruzova İftixar Piriyevin sosial şəbəkə hesabında onu təhqir etdiyini iddia edib.
O, İ.Piriyevin Cinayət Məcəlləsinin 147-ci (böhtan) və 148-ci (təhqir) maddələrinə əsasən məsuliyyətə cəlb edilməsini istəyib.
Xatırladaq ki, İ.Piriyev bir neçə ay əvvəl İrəvan Dövlət Azərbaycan Dram Teatrının direktoru vəzifəsindən azad edilib.
Digər Xəbərlər

Manvel Qriqoryanın etirafları məhkəmədə sübut kimi tədqiq edilib

Narkoloji mərkəzin həbs olunan sabiq direktoru özünu təqsirli bilib - MƏHKƏMƏ

Vardanyanın məhkəməsində zərərçəkmişlərin ifadələri dinlənildi

Paşinyan, Kaspşik və Mirzoyanın şahid kimi dindirilməsini istədilər - MƏHKƏMƏ

Vəkillərə xidməti vəsiqə veriləcək

MƏHKƏMƏ: 1988-1992-ci illərdə azərbaycanlılara qarşı törədilmiş cinayətlərlə bağlı sənədlər tədqiq edildi

Məhkəmədə Kərkicahana hücumlar və dinc sakinlərin öldürülməsi ilə bağlı sənədlər elan olunub
