"Məhkəmə islahatlarının aparılmasına ciddi ehtiyac var" - Deputat
"Azərbaycanda bu gün məhkəmə qərarlarının icrası ilə bağlı vəziyyət olduqca acınaqlıdır".
Adalet.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında deputat Qüdrət Həsənquliyev deyib. Onun sözlərinə görə, bununla əlaqəli çox sayda vətəndaş narazılığı var:
“Bir çox hallarda açıqdan-açığa məhkəmə qərarları icra olunmur. Baxmayaraq ki, bunun səbəbi soruşulanda cavab verirlər ki, guya işləri çoxdur və çatdıra bilmirlər. Lakin bu həqiqətdə belə deyil”.
Q.Həsənquliyev bu sahədə ciddi nizam-intizamın, nəzarətin bərpa olunmasının vacibliyinə diqqət çəkib: “Hakimlər qəbul etdikləri qətnamələrin icrasına görə birbaşa məsuliyyət daşımalıdır. Eyni zamanda həmin qərarların icrasını görməyənlər barədə elə həmin hakimlər tərəfindən cinayət işi başlanılmalıdır. Bir sözlə, məhkəmə islahatlarının aparılmasına ciddi ehtiyac var”.
Digər Xəbərlər
21 Sentyabr 2026 12:09
Ramiz Mehdiyevin məhkəməsi başladı - YENİLƏNİB
21 Sentyabr 2026 10:39
7 il əvvəlki cinayətin üstü açıldı - Tanışını öldürüb, meyitini su quyusuna atıbmış
21 Sentyabr 2026 09:44
Azərbaycanda yeni hüquqi platforma yaradıldı
18 Sentyabr 2026 15:25


Bakı -°C

