Məhkəmə onları 20 il müddətinə azadlıqdan məhrum etdi - YENİLƏNİB
Bakı Hərbi Məhkəməsində Ermənistan vətəndaşlarının davam etdirilən məhkəmə prosesində təqsirləndirilən şəxslərə hökm oxunur.
Adalet.az-ın məlumatına görə, qeyd edilib ki, təqsirləndirilən Arkadi Qukasyanın ömürlük azadlıqdan məhrumetmə növündə cəza nəzərdə tutan cinayətlərin törədilməsində ittiham olunmasına və həmin ittihamların məhkəmə istintaqı zamanı sübuta yetirilməsinə baxmayaraq, yekun məhkəmə qərarı, yəni hökm çıxarılanadək həmin təqsirləndirilən şəxs 65 yaşına çatdığı üçün Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin tələblərinə əsasən ona ömürlük azadlıqdan məhrumetmə cəzası təyin edilə bilməz.
Hökmə əsasən təqsirləndirilən Arkadi Qukasyan qəti olaraq 20 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.
Xatırladaq ki, dövlət ittihamını müdafiə edən prokurorlar da təqsirləndirilən şəxsin 20 il müddətinə azadlıqdan məhrum olunmasını təklif etmişdi.
Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi hökmün oxunması ilə davam etdirilir.
*** 13:28
Bakı Hərbi Məhkəməsində Ermənistan vətəndaşlarının davam etdirilən məhkəmə prosesində təqsirləndirilən şəxslərə hökm oxunur.
Adalet.az-ın xəbərinə görə, qeyd edilib ki, təqsirləndirilən Bako Sahakyanın ömürlük azadlıqdan məhrumetmə növündə cəza nəzərdə tutan cinayətlərin törədilməsində ittiham olunmasına və həmin ittihamların məhkəmə istintaqı zamanı sübuta yetirilməsinə baxmayaraq, yekun məhkəmə qərarı, yəni hökm çıxarılanadək həmin təqsirləndirilən şəxs 65 yaşına çatdığı üçün Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin tələblərinə əsasən ona ömürlük azadlıqdan məhrumetmə cəzası təyin edilə bilməz.
Hökmə əsasən təqsirləndirilən Bako Sahakyan qəti olaraq 20 il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.
Xatırladaq ki, dövlət ittihamını müdafiə edən prokurorlar da təqsirləndirilən şəxs B.Sahakyanın 20 il müddətinə azadlıqdan məhrum olunmasını təklif etmişdi.
Qeyd edək ki, Ermənistanın hərbi təcavüzü nəticəsində sülh və insanlıq əleyhinə cinayətlər, müharibə cinayətləri, o cümlədən təcavüzkar müharibənin hazırlanması və aparılması, soyqırımı, müharibə qanunlarını və qaydalarını pozma, habelə terrorçuluq, terrorçuluğu maliyyələşdirmə, hakimiyyəti zorla ələ keçirmə, onu zorla saxlama və digər çoxsaylı cinayətlər törətməkdə təqsirləndirilən Ermənistan Respublikasının vətəndaşlarının məhkəməsi hökmün oxunması ilə davam etdirilir.
Digər Xəbərlər
05 Fevral 2026 13:19
Davit İşxanyan ömürlük azadlıqdan məhrum edilib
05 Fevral 2026 13:00
Mnatsakanyan ömürlük azadlıqdan məhrum edildi
05 Fevral 2026 12:51
Arayik Harutyunyana ömürlük həbs cəzası verildi - YENİLƏNİB
04 Fevral 2026 11:10
"Quska" kassasiya şikayətini geri götürdü
03 Fevral 2026 16:43
Arayik və digərlərinin məhkəməsi fevralın 5-də davam etdiriləcək
26 Yanvar 2026 18:10
Azərbaycan axtarışda olan şəxsləri Moldova və Çinə təhvil verdi
26 Yanvar 2026 16:34
"Elektron Rəqabət İnformasiya Sistemi haqqında Əsasnamə" təsdiqləndi
26 Yanvar 2026 16:33


Bakı -°C

