Məhkəmə Ramiz Mehdiyevlə bağlı QƏRAR VERDİ
Prezident Admistrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbiri uzadılıb.
Adalet.az xəbər verir ki, Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) müstəntiqinin vəsatəti əsasında R. Mehdiyevin barəsində ev dustaqlığı qətimkan tədbirinin müddətinin uzadılması ilə bağlı təqdimata Səbail Rayon Məhkəməsində baxılıb.
Məhkəmə təqdimatı təmin edib və R.Mehdiyev barəsində seçilmiş ev dustaqlığı qətimkan tədbirinin müddəti daha 4 ay uzadılıb.
Qeyd edək ki, DTX-də başlanan cinayət işi ilə bağlı Ramiz Mehdiyev AR Cinayət Məcəlləsinin 278.1 (hakimiyyəti zorla ələ keçirməyə, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlər), 274 (dövlətə xəyanət) və 193-1.3.2-ci (cinayət yolu ilə əldə edilmiş əmlakı leqallaşdırma) maddələri ilə ittiham olunur.
Cinayət işi çərçivəsində AXCP sədri Əli Kərimli, onun müşaviri Məmməd İbrahim, AMEA katibliyinin keçmiş rəisi, Prezident Administrasiyasının keçmiş əməkdaşı Eldar Əmirov həbs edilib. Ötən gün həmin şəxslər barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti 4 ay uzadılıb.
Digər Xəbərlər
10 Fevral 2026 18:31
Füzulinin şeirini, Cavidin poemasını oxuyub - Vardanyan 2 ilin hesabatını verdi
10 Fevral 2026 18:11
Vardanyana hansı cəza veriləcək? - YENİLƏNİB
09 Fevral 2026 19:53
Əli Kərimlinin həbs müddəti UZADILDI
09 Fevral 2026 13:17
Rüşvət almaqda təqsirləndirilən həkimlər həbs edildi
09 Fevral 2026 11:15
Vardanyanın məhkəməsi sabah davam etdiriləcək
06 Fevral 2026 11:10
Şagirdin müəllimi güllələməsi ilə bağlı cinayət işi başlandı
05 Fevral 2026 19:54
Arayik Harutyunyana ömürlük həbs cəzası verildi - YENİLƏNİB
05 Fevral 2026 13:39


Bakı -°C

