01 Dekabr 2023 16:28
667
DÜNYA

Məhkəmədə növbəti qalmaqal: "Qəsdən yandırılaraq öldürülən 15 hərbçi..."

Bu ilin yanvarında Ermənistanın Basarkeçər rayonunun Azad kəndində N saylı hərbi hissənin mühəndis-istehkam bölüyünün kazarmasında baş verən yanğın zamanı ölən 15 erməni hərbçi ilə bağlı müzakirələr səngimək bilmir. Bu günə qədər həmin əsgərlərin valideynləri övladlarının qəsdən öldürüldüyünü iddia edirlər.


Adalet.az xəbər verir ki, hadisə ilə bağlı bu gün yenə Basarkeçərdə (Geqarkunik) məhkəmə prosesi olub.Erməni mediası bildirir ki, Əvvəlki sessiya kimi bugünkü sessiya da kifayət qədər gərgin atmosferdə keçir. İclasda ifadələr və sənədlər təqdim olunub. Həlak olan hərbçilərin valideynləri düzgün araşdırma aparılmadığını iddia edərək, istintaqın gedişindən şikayətləniblər. Həmçinin onlar müstəntiqin düzgün işləmədiyini, prosesdən kənarlaşdırılmasını tələb etdiklərini, lakin təqsirləndirilən şəxslərdən biri ifadə verənə qədər sonuncunun uzaqlaşdırılmadığını bildirib:" Sədr onu da izah etdi ki, müstəntiq və prokurorla bağlı məsələni həll edən o deyil, qanuna görə heç bir müdaxilə edə bilməz. Artıq yorulmuşuq".

.


Analardan biri ittihamçıya üz tutaraq əlavə etdi: “Uşağınızı yandırsalar, üzünüzü yandırsalar, bu işi bağlayardınız?
Deməyin ki, siz bizim tərəfimizdəsiniz. Bir gün görmədim ki, bir dəqiq bir fakt gətirib qarşımıza qoydunuz ki, rahatlaşaq? Yalnız valideynlər sübut tapır, yalnız valideynlər”.


Dəfələrlə, erməni vəkil Norayr Norikyan iddia edir ki, Qeqarkunik rayonunun Azat kəndində mühəndis piyada rotasının sığınacağında baş vermiş yanğın nəticəsində həlak olan 15 əsgərin ölümü müəmma olaraq qalmaqdadır :”Yanğın ocağının vəziyyətini və alovun yayılmasını araşdırarkən belə bir təəssürat yarandı ki, yalnız çarpayılar yanıb. Dəhliz deyilən boşluq yanmayıb, taxta döşəmə yanmayıb, deyəsən yalnız çarpayılarda yatan əsgərlər yanıb. Hətta döşəmənin rəngi dəyişməyib, boyası da zərər görməyib. Məlumata görə, orada 21 nəfər olub , onlardan 6 nəfəri binadan çıxa bilib. Sağ qalan 6 nəfərin oradan çıxma şəraiti suallar yaradır. Qalan 15 əsgər niyə çıxmadı? Biz müvafiq nəticələr çıxarmışıq”. Vəkil qeyd edib ki, əsgərlər qeyri-müəyyən şəraitdə və yanğından əvvəl ölüblər.
Nazirliyə rəsmi məktubla müraciət etmişəm. Hərbi prokurora da müraciət etmişik. Biz onların valideynləri ilə birgə görüş tələb edirik. Onlar öz səlahiyyətləri daxilində aydınlıq gətirməlidirlər. Hələ də cavab yoxdur. Biz hər gün gözləyirik ki, görək iş hansı məcrada gedəcək. Zərərçəkmişlər də əllərində olan məlumatları prosesi aparan orqana ötürürlər”.


Hətta ölən əsgər Ayk Kirakosyanın anası Armine Ağaxanyan deyib ki, baş verənlər qəsdən törədilib: “Oğlum (Ayk-red) qəsdən yuxuya verilib və ya zəhərlənib, o getdi və izi itirmək üçün qəsdən yanğın törədiblər. Özümə o qədər suallar verirəm ki, nə baş verdiyini anlamıram. Bunu (yanğının törədilmə səbəbini -red) ancaq icraçı yox, oğlum da bilib. Hətta düşünürəm ki, oğlum onların əməlləri barədə nəsə bilir, qorxublar ki, Ayk hər şeyi üzə çıxarar. Buna görə oğlumu öldürüblər. Mən heç bir fərziyəyə inanmıram. Onlar (əsgərlər) qəsdən öldürülüb”.


Qeyd edək ki, 15 əsgərin yanaraq ölməsi ilə bağlı üç zabitə qarşı ittiham irəli sürülüb, kapitana qarşı cinayət işi aparılıb. Zabitlər Ermənistan Cinayət Məcəlləsinin 550-ci maddəsi ilə ehtiyatsızlıqdan insan ölümünə səbəb olan hərbi hərəkətlərə görə ittiham olunublar. o, N. Paşinyanın hökumətin iclasında yaydığı versiyaya görə, o, sobanı benzinlə yandırmağa cəhd edib. Kapitan, məlum olduğu kimi, yanıq xəsarətləri alıb və uzun müddət xəstəxanada yatıb və xəsarət alan tərəf rəsmi versiyaya inanmayaraq, öz araşdırmalarını aparmağa başlayıb. Proses davam edəcək.

P.S.Ötən ilin yanvar ayı idi. Dəqiq yadımda deyil. Amma Qaraheybət poliqonunda vertolyotun partlaması nəticəsində şəhid olan zabitlərimizin ya 40 mərasimi idi, ya 40 mərasimindən bir gün sonra idi... unutmuşam. Təxminən 8-9-10 yanvar....Hamı dəfn mərasimindən ürəklər yandıran məlum fotoları paylaşmışdı. Mənim kimi... Həmin həmin paylaşımın altına əvvəlcə bir erməni qızı "gülüş" smayliki" qoydu. Onu blok elədim. Sonra hardasa 6-7 erməni həmin paylaşıma müxtəlif tərbiyyəsiz fotolar atdılar. Azərbaycan hərbçisini alçaldan fotolar idi. mən fotoları sildikcə , "blok" etdikcə , elə bil rofilimə hücum edən ermənilərin sayı çoxalırdı. Axırda hirsimdən paylaşımı sildim, məni bir dəli ağlamaq tutdu...Əlimi göylərə qaldırdım, Vahiməli səslə "Ay Allah, bunların cəzasını ver, ölənlərdən nə istəyirlər axı" Və bir xeyli kövrələ-kövrələ nitq...
2023-cü il 18 yanvar mənə möcüzə günü kimi gəlir. 15 erməni hərbçisi yanaraq öldüyü deyilirdi.Demirəm, e mən qarğış elədim erməni əsgərlərinə nəsə oldu. Əstəgfürallah! O onların taleyi-qədəri idi. Amma bilmədiyimiz möcüzələr var. Hərdən düşünürəm ki, 14 gənc zabitin, insanın ölümünə sevinclərini izhar edən ermənilərə bəlkə Allahın acığı tutdu... Amma , ara yerdə sakitləşdim, rahatlaşdım... Çünki əmin idim ki, yara ilə qəsdən oynayanı, yaranın qərtməyini qoparanı , yaranı ələ salanı Allah bağışlamır ... Allah bağışlamasın!

 Əntiqə Rəşid