10 Avqust 2024 20:57
263
İDMAN

Mehriban Əliyeva gimnastlarımızı təbrik etdi - FOTO

Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva sosial şəbəkə hesabında bədii gimnastika üzrə qrup hərəkətləri komandasını təbrik edib.

Adalet.az təbrik paylaşımını təqdim edir:

"Əhsən! Sizinlə fəxr edirəm!

Əziz gimnastlar, sizin zəhmətiniz, mətanətiniz və ən yaxşı olmaq istəyiniz sayəsində əldə olunan tərəqqi göz qabağındadır! Məharətinizə, qələbə əzminizə və ən mürəkkəb elementləri zərifliklə yerinə yetirdiyinizə görə sağ olun! Sizə yeni-yeni qələbələr və nailiyyətlər arzulayıram! Sizi sevirəm!".