26 Fevral 2025 00:10
101
GÜNDƏM

Mehriban Əliyeva Xocalı soyqırımı ilə bağlı paylaşım etdi - FOTO

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyeva rəsmi instaqram səhifəsində Xocalı soyqırımının 33-cü ildönümü ilə bağlı paylaşım edib.

Adalet.az xəbər verir ki, paylaşımda “Xocalı soyqırımının günahsız qurbanlarının nurlu xatirəsini ehtiramla yad edirəm. Allah bütün şəhidlərimizə rəhmət eləsin” sözləri yer alıb.