Sabah bu küçələr bağlı olacaq

Sabah Bakıda bəzi küçələrdə nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq.
Adalet.az xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) məlumat yayıb.
Xocalı soyqırımının 33-cü ildönümü ilə əlaqədar təşkil ediləcək anım mərasimi ilə bağlı Xocalı prospekti ilə kəsişən, birləşən və paralel olan Mehdi Mehdizadə, Ayaz İsmayılov, Süleyman Vəzirov və İzzət Orucov küçələrində nəqliyyat vasitələrinin hərəkətinə məhdudiyyət tətbiq ediləcək.
Məhdudiyyətlə əlaqədar 4, 10, 21, 30, 32, 46, 49 və 120 nömrəli müntəzəm avtobusların hərəkəti alternativ küçələrdən təşkil ediləcək.
Digər Xəbərlər

"Kimsə mətbəxdə diş çəkdirirsə, nazirlik buna heç nə edə bilməz" - Nazir

"Füzulinin Pirəhmədli və Qaraxanbəyli kəndlərinin tikintisinə başlanılacaq" - Emin Hüseynov

Gələn ilin sonuna qədər Ağdama 20 min əhali köçürüləcək

Prezident və xanımı “Ana harayı” abidəsini ziyarət etdi

Prezident Xocalı soyqırımının ildönümü ilə bağlı videoçarx paylaşıb

Mehriban Əliyeva Xocalı soyqırımı ilə bağlı paylaşım etdi - FOTO

Bəhreyn Kralı Leyla və Arzu Əliyevanı qəbul etdi - FOTOLAR
