26 Fevral 2025 11:20
90
SİYASƏT

ABŞ səfirliyindən Xocalı faciəsi ilə bağlı PAYLAŞIM

ABŞ-nin Azərbaycandakı səfirliyi Xocalı soyqırımı qurbanlarını yad edib.

Adalet.az xəbər verir ki, bu barədə səfirliyin "X" hesabında paylaşım edilib.

"Bu gün biz Azərbaycan xalqı ilə birgə 1992-ci ildə Xocalıda şəhid olanların xatirəsini ehtiramla yad edir, onların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk", - müvəqqəti işlər vəkili Hüqo Qevara qeyd edib.