Ərdoğan Xocalı soyqırımı ilə bağlı paylaşım etdi

"Xocalı soyqırımının 33-cü ildönümündə qətlə yetirilən azərbaycanlı qardaşlarımızı rəhmətlə yad edirəm".
Adalet.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan "X" hesabında bildirib.
“Ağrısını heç vaxt unutmayacağımız, kədərini daim içimizdə daşıyacağımız Xocalı Soyqırımının 33-cü ildönümündə qətlə yetirilən azərbaycanlı qardaşlarımızı rəhmətlə yad edirəm. Yaxşı və pis gündə bir olduğumuz qardaş Azərbaycan xalqına başsağlığı verirəm”, - Ərdoğan vurğulayıb.
Digər Xəbərlər

PA-nın şöbə müdiri yeni siyasi konfiqurasiyaya aydınlıq gətirib

Azərbaycan və Səudiyyə Ərəbistanının XİN başçıları arasında geniş tərkibdə görüş olub - YENİLƏNİB

"İqtidarla müxalifət arasında təmaslar üçün vasitəçiyə ehtiyac duyulmur" - Ədalət Vəliyev
