"Liverpul"un baş məşqçisi cəzalandırıldı

İngiltərənin “Liverpul” klubunun baş məşqçisi Arne Slot iki oyunluq cəzalandırılıb.
Adalet.az İngiltərə Futbol Assosiasiyasının mətbuat xidmətinə istinadən xəbər verir ki, buna mütəxəssisin Premyer Liqanın XXIV turunda baş tutan “Everton”la oyundan sonra hakimlərə qarşı nalayiq davranış sərgiləməsi və təhqiramiz ifadələr işlətməsi səbəb olub.
Matçın final fitindən sonra qırmızı vərəqə ilə cəzalandırılan məşqçi həmçinin 80 min avro cərimələnib.
Qeyd edək ki, A.Slot bu gün qarşılaşacaqları “Nyukasl”la XXVII turun matçı ilə yanaşı, növbəti həftə “Sauthempton”la görüşdə də texniki zonada yer almayacaq. Hazırda “Liverpul” 64 xalla turnir cədvəlinə başçılıq edir.
Digər Xəbərlər

Mbappe yarımfinal görüşünü buraxacaq

Altıqat Olimpiya çempionu karyerasını başa vurdu

Messi və Suares cərimələndi

"Barselona" - "Atletiko" oyununda qapılara 8 qol vuruldu - VİDEO

Ronaldo karyerasında 925-ci qolunu vurub

FIFA Türkiyə Superliqası klubunun 6 xalını silinib

Misli Premyer Liqası: İki oyunun başlama saatı dəyişdirildi
