Altıqat Olimpiya çempionu karyerasını başa vurdu

Qadın basketbolçulardan ibarət ABŞ millisinin üzvü olan altıqat Olimpiya çempionu Diana Taurasi karyerasını başa vurub.
Adalet.az xəbər verir ki, bu barədə 42 yaşlı idmançı özü məlumat verib.
O, yeni mövsümə hazırlaşmaq üçün enerjisinin qalmadığını etiraf edib: “Artıq gücüm yoxdur. Bunu hiss edəndə başa düşdüm ki, getməyin vaxtıdır. Fiziki və mənəvi cəhətdən yorğunam. Mən idmandan doymuşam və xoşbəxtəm".
Qeyd edək ki, Diana Taurasi komanda idman növləri üzrə yeganə altıqat Olimpiya və üçqat dünya çempionudur. Bununla da o, Olimpiadada ən çox medal qazanan basketbolçu adına sahib çıxıb.
Digər Xəbərlər

"Liverpul"un baş məşqçisi cəzalandırıldı

Mbappe yarımfinal görüşünü buraxacaq

Messi və Suares cərimələndi

"Barselona" - "Atletiko" oyununda qapılara 8 qol vuruldu - VİDEO

Ronaldo karyerasında 925-ci qolunu vurub

FIFA Türkiyə Superliqası klubunun 6 xalını silinib

Misli Premyer Liqası: İki oyunun başlama saatı dəyişdirildi
