26 Fevral 2025 19:09
120
GÜNDƏM

Milli Məclisin kollektivi Xocalı soyqırımı abidəsini ziyarət edib - FOTOLAR

Fevralın 26-da Milli Məclis sədrinin birinci müavini Əli Əhmədov, sədr müavinləri Ziyafət Əsgərov, Musa Qasımlı, Rafael Hüseynov, parlamentin komitə sədrləri, deputatlar, Parlament Aparatının və İşlər idarəsinin əməkdaşları Xocalı soyqırımının 33-cü ildönümü ilə əlaqədar “Ana harayı” abidəsini ziyarət ediblər.

Adalet.az xəbər verir ki, Milli Məclisin kollektivi Xocalı soyqırımı qurbanlarının əziz xatirəsini dərin ehtiramla yad edib, abidənin önünə gül dəstələri düzüb.