Bu xidmətin işçilərinin maaşları yeni redaksiyada təsdiqlənib

Nazirlər Kabineti “Azərbaycan Respublikası Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin hərbi qulluqçularının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının və hərbi qulluqçularının hərbi rütbəyə görə maaşlarının məbləğləri”nin təsdiq edilməsi haqqında” qərarda dəyişiklik edib.
Adalet.az xəbər verir ki, qərarla təsdiq edilmiş “Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin hərbi qulluqçularının (Xidmətin rəhbərliyinə aid olan hərbi qulluqçular istisna olmaqla) aylıq vəzifə (tarif) maaşlarının məbləğləri” və “Azərbaycan Respublikasının Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin dövlət qulluqçusu olmayan 2 mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının məbləğləri” yeni redaksiyada təsdiqlənib.
Maliyyə Nazirliyinə tapşırılıb ki, bu qərarın icrası ilə əlaqədar tələb olunan vəsaitin ödənilməsi məqsədilə müvafiq tədbirlərin həyata keçirilməsini təmin etsin.
Bu Qərar 2025-ci il yanvarın 1-dən tətbiq edilir.
Digər Xəbərlər

Prezidentin Təhlükəsizlik Xidmətinin işçilərinin maaşı yeni redaksiyada təsdiq olunub

Xocalı qurbanları bir dəqiqəlik sükutla yad edildi

“Ah, “Rus evi...” - Tofiq Zülfüqarovdan Elmar Məmmədyarova atmaca

Xankəndidə Xocalı faciəsi qurbanlarının xatirəsi yad edilib - FOTO

DTX əməkdaşları “Ana harayı” abidəsini ziyarət ediblər - FOTOLAR

"Azərsun Holdinq” rəhbərliyi Xocalı abidəsini ziyarət edib

Səlcuq Bayraktar Xocalı qətliamı ilə bağlı paylaşım etdi
