26 Fevral 2025 15:09
92
GÜNDƏM

DTX əməkdaşları “Ana harayı” abidəsini ziyarət ediblər - FOTOLAR

DTX əməkdaşları Xocalı soyqırımı qurbanlarının xatirəsini anıblar.

Adalet.az xəbər verir ki, Xocalı soyqırımının 33-cü ildönümü ilə əlaqədar Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) rəisi general-polkovnik Əli Nağıyev və Xidmətin əməkdaşları soyqırımı qurbanlarının xatirəsinə ucaldılmış “Ana harayı” abidəsini ziyarət ediblər.

Abidənin önünə gül dəstələri düzülüb, faciə qurbanlarının xatirəsi dərin ehtiramla yad olunub.