DYP-dən sürücülərə müraciət:Fasilələrlə qar yağacaq...

Baş Dövlət Yol Polisi İdarəsi davam edən əlverişsiz hava şəraiti ilə bağlı hərəkət iştirakçılarına müraciət edib.
İdarədən Adalet.az-a bildirilib ki, ötən həftədən yağan qarın yollarda yaratdığı çətinliklər hələ də aradan qalxmayıb.
"Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə bu gün axşamdan başlayaraq fevralın 27-dək ölkə ərazisində havanın küləkli olacağı, fasilələrlə sulu qar və qar yağacağı gözlənilir.
Verilən hava proqnozu ilə əlaqədar bir daha sürücülərə müraciət edərək onları zəruri ehtiyat tədbirləri görməyə, yolların sürüşkənliyini nəzərə almağa, sürət həddini minimuma endirməyə, ara məsafəsini normadan artıq saxlamağa, qış mövsümü üçün hazırlıqsız olan avtomobillərdən mümkün qədər istifadə etməməyə çağırır.
Əlverişsiz hava şəraitinin yarada biləcəyi çətinlikləri nəzərə alaraq, piyadaları da yollarda daha məsuliyyətli olmağa çağırırıq!", - məlumatda qeyd olunub.
Digər Xəbərlər

Sabah hava bu insanlar üçün əlverişsiz olacaq - XƏBƏRDARLIQ

Prezidentinin Təhlükəsizlik Xidmətinin işçilərinin maaş məbləği dəyişdi

Milli Məclisin kollektivi Xocalı soyqırımı abidəsini ziyarət edib - FOTOLAR

Prezidentin Təhlükəsizlik Xidmətinin işçilərinin maaşı yeni redaksiyada təsdiq olunub

Xocalı qurbanları bir dəqiqəlik sükutla yad edildi

“Ah, “Rus evi...” - Tofiq Zülfüqarovdan Elmar Məmmədyarova atmaca

Bu xidmətin işçilərinin maaşları yeni redaksiyada təsdiqlənib
