Xankəndidə Xocalı faciəsi qurbanlarının xatirəsi yad edilib - FOTO

Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyi və Qarabağ Unversitetinin birgə təşkilatçılığı ilə Xocalı soyqırımının 33-cü ildönümü ilə əlaqədar anım tədbiri keçirilib.
Adalet.az xəbər verir ki, Dövlət himninin səsələnməsi, şəhidlərin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayan mərasimdə Xocalı şahidləri də, Xocalı şəhidlərinin doğmaları da o dəhşətli gecədən danışıblar.
Oğlu, qardaşı, həyat yoldaşı ilə birlikdə ailəsinin 14 üzvünü Xocalı faciəsində itirən Elmira Allahverdiyeva bu sözləri ilə hamını kövrəldib:
"Bu gecə səhərədək gözümə yuxu getmədi. Açılan qara səhərinizə qurban olum, ay xocalılar".
Tədbirdə çıxış edən digər natiqlər də faciənin xalqımıza yaşatdığı ağır mənəvi-psixoloji iztirablarıdan, erməni vəhşiliklərindən söz açıblar. Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəliyinin əməkdaşı Səbuhi Qəhramanov Xocalı soyqrımının bəşər tarixində ən ağır faciələrdən biri olduğunu, ermənilərin dinc əhaliyə qarşı törətdiyi vəhşiliklərdən danışaraq, Xocalı həqiqətlərinin dünyaya çatdırılması sahəsində aparılan genişmiqyaslı işləri tədbir iştirakçılarının nəzərinə çatdırıb.
S. Qəhramanov 2023-cü ilin 15 oktyabr tarixində Prezident İlham Əliyevin Xocalı şəhərində Azərbaycanın dövlət bayrağını qaldırdığını, Xocalı faciəsi qurbanlarının qisasının döyüş meydanında alındığını vurğulayıb.
Anım mərasimində Xocalı soyqırımına dair hazırlanan videoçarxlar da nümayiş olunub.
Digər Xəbərlər

Prezidentin Təhlükəsizlik Xidmətinin işçilərinin maaşı yeni redaksiyada təsdiq olunub

Xocalı qurbanları bir dəqiqəlik sükutla yad edildi

“Ah, “Rus evi...” - Tofiq Zülfüqarovdan Elmar Məmmədyarova atmaca

Bu xidmətin işçilərinin maaşları yeni redaksiyada təsdiqlənib

DTX əməkdaşları “Ana harayı” abidəsini ziyarət ediblər - FOTOLAR

"Azərsun Holdinq” rəhbərliyi Xocalı abidəsini ziyarət edib

Səlcuq Bayraktar Xocalı qətliamı ilə bağlı paylaşım etdi
