"Bavariya" yayda türkiyəli futbolçunu heyətinə qatmağa çalışacaq

Almaniyanın "Bavariya" klubu yay transfer dönəmində İspaniya təmsilçisi "Real"da çıxış edən Arda Güləri heyətinə qatmağa çalışacaq.
Adalet.az "Fichajes"a istinadən xəbər verir ki, Münhen təmsilçisi 20 yaşlı oyunçunu yarımmüdafiə üçün əsas prioritet hesab edir.
Türkiyə millisinin üzvü Madrid klubunda az forma şansı əldə etdiyi üçün narazıdır. Paytaxt təmsilçisi uyğun təklif olacağı halda, onun satılacağını istisna etmir. "Real"ın istedadlı futbolçunu təxminən 50 milyon avroya buraxmağa hazır olacağı gözlənilir.
Qeyd edək ki, Arda Gülər cari mövsüm İspaniya nəhənginin heyətində meydanda olduğu 967 dəqiqə ərzində 3 qol və 5 məhsuldar ötürmə ilə yadda qalıb.
Digər Xəbərlər

Altıqat Olimpiya çempionu karyerasını başa vurdu

Messi və Suares cərimələndi

"Barselona" - "Atletiko" oyununda qapılara 8 qol vuruldu - VİDEO

Ronaldo karyerasında 925-ci qolunu vurub

FIFA Türkiyə Superliqası klubunun 6 xalını silinib

Misli Premyer Liqası: İki oyunun başlama saatı dəyişdirildi

AFFA "Turan Tovuz"u bu açıqlamaya görə 20 min manat cərimələdi - FOTO
