26 Fevral 2025 16:01
119
DÜNYA

Gürcüstan XİN rəhbəri Türkiyəyə gedir

Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili bu gün Türkiyəyə rəsmi səfərə gedəcək.

Adalet.az xəbər verir ki, Ankarada o, türkiyəli həmkarı Hakan Fidanla görüşəcək.

“Türkiyə ilə ikitərəfli strateji tərəfdaşlığa əlavə olaraq, bölgəmizin gələcək inkişafında müsbət rol oynamalı olan iki ölkə arasında müzakirə edəcəyimiz bir çox vacib məsələlər var”, - Boçorişvili bildirib.