Bəzi ərazilərə qar yağır, güclü külək əsir - FAKTİKİ HAVA

Saat 14:00-a olan məlumata əsasən, hazırda ölkə ərazisinin bəzi yerlərində yağıntılı və küləkli hava şəraiti müşahidə olunur.
Milli Hidrometeorologiya Xidmətindən Adalet.az-a verilən məlumata görə, Qax, Zaqatala, Quba, Qusar, Xaltan, Şabran, Xaçmazda eyni zamanda Abşeron yarımadasının bəzi yerlərində arabir qar yağır.
Sarı xəbərdarlığa uyğun olaraq qərb küləyinin sürəti Laçında 21 m/s, Şahdağda 20 m/s, Daşkəsəndə 18 m/s, Kəlbəcərdə 17 m/s, Bakıda və Abşeron yarımadasında 16 m/s, Zaqatala, Şəki və Yardımlıda 15 m/s-dək güclənib.
Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 2, Aran rayonlarında 9, Naxçıvan MR-da 3 dərəcəyədək isti, dağlıq rayonlarda 8, yüksək dağlıq ərazilərdə 15 dərəcəyədək şaxta qeydə alınıb.
Digər Xəbərlər

Azərbaycanda qanunsuz ov edən ərəblər cəzalandırıldı

Bakıda qar yağacaq, şaxta olacaq - XƏBƏRDARLIQ

Yenidən qar yağacaq

Son günlər yağan qar su ehtiyatımızı artırıb

"İmkanlı ailələrdə çətin həyat şəraitində olan şəxslər var" - Şöbə müdiri

Sabah bəzi yollarda hərəkət məhdudlaşdırılacaq

Sürücülərin təhlükəsizliyi üçün yollar qardan təmizlənib - VİDEO
