26 Fevral 2025 14:26
154
KRİMİNAL

Bakıdakı ermənilər növbəti dəfə ailələri ilə danışdılar - YENİLƏNİB

Fevral ayında Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) əməkdaşları Azərbaycan tərəfinin haqqında məlumat verdiyi erməni əsilli şəxslərə yenidən baş çəkiblər.

Adalet.az xəbər verir ki, bu barədə BQXK-nın Azərbaycan nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova məlumat verib.

O bildirilib ki, saxlanılan şəxslərlə təkbətək görüşlər keçirilib və onların ailələri ilə əlaqəsi üçün şərait yaradılıb.

"Mandatına uyğun olaraq BQXK, bu cür başçəkmələr zamanı saxlanılan şəxslərlə rəftarı və saxlanma şəraitini qiymətləndirir. BQXK həmçinin, şəxslərin ailələri ilə əlaqələrini bərpa etmək və ya davam etdirmək üçün şərait yaradır. BQXK-nın prosedurlarına uyğun olaraq, başçəkmələrlə bağlı müşahidələr və tövsiyələr yalnız saxlayan tərəflə paylaşılır və müzakirə edilir", - deyə İ.Hüseynova qeyd edib.

***12:02

BQXK nümayəndələri növbəti dəfə Bakıda həbsdə olan ermənilərə, o cümlədən separatçı rejimin hərbi və siyasi rəhbərliyinin nümayəndələrinə baş çəkiblər. 

Adalet.az  xəbər verir ki, bu barədə erməni KİV məlumat yayıb. 

Onlara ailələri ilə əlaqə saxlamaq imkanı yaradılıb.

BQXK-nın Ermənistandakı nümayəndəliyinin kommunikasiya proqramlarının rəhbəri Zara Amatuni görüşü təsdiqləyib.