Keçmiş məhkumdan 8 kiloqram narkotik götürüldü

Şamaxıda polis əməkdaşları tərəfindən narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı növbəti əməliyyat keçirilib.
DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan Adalet.az-a bildirilib ki, həyata keçirilən tədbirlərlə əvvəllər də analoji və digər cinayət əməllərinə görə məhkum edilmiş 49 yaşlı Nazim Cahangirov saxlanılıb.
Ondan ümumilikdə 8 kiloqrama yaxın marixuana aşkar olunub. Saxlanılan şəxs narkotik vasitənin satışını planlaşdırdığını bildirib.
Faktla bağlı cinayət işi başlanılıb, məhkəmənin qərarı ilə N.Cahangirov barəsində həbs qətimkan tədbiri seçilib.
Digər Xəbərlər

Bakıdakı ermənilər növbəti dəfə ailələri ilə danışdılar - YENİLƏNİB

Polisdən əməliyyat: 27 kq narkotik aşkarlandı - VİDEO

Xəbəri olmadan adına 10 min manat kredit götürdü
