Lerikdə narkokuryerlikdə şübhəli bilinən şəxs saxlanıldı

Lerik Rayon Polis Şöbəsinin əməkdaşları narkotik vasitələrin qanunsuz dövriyyəsinə qarşı növbəti əməliyyat həyata keçiriblər.
DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan Adalet.az-a verilən məlumata görə, tədbirlərlə əvvəllər məhkum olunmuş 48 yaşlı Səbuhi Şahbazov saxlanılıb. Həmin şəxsdən 10 kiloqram marixuana aşkarlanıb.
Faktla bağlı cinayət işi başlanılıb, S.Şahbazov barəsində həbs qətimkan tədbiri seçilib.
Araşdırma aparılır.
Digər Xəbərlər

Bakıdakı ermənilər növbəti dəfə ailələri ilə danışdılar - YENİLƏNİB

Polisdən əməliyyat: 27 kq narkotik aşkarlandı - VİDEO

Xəbəri olmadan adına 10 min manat kredit götürdü
