Cinayətdə şübhəli bilinən 32 nəfər saxlanıldı

Fevralın 24-də ölkə ərazisində qeydə alınan 37, əvvəlki dövrlərdən bağlı qalan 5 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.
DİN-in Mətbuat Xidmətindən Adalet.az-a verilən məlumata görə, axtarışda olduğuna görə ümumilikdə 85, o cümlədən borclu şəxs qismində axtarışda olan 61 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilib.
Narkotiklərlə əlaqəli 15, qanunsuz saxlanılan silah-sursatın götürülməsi və aşkarlanması ilə bağlı 19 fakt müəyyən edilib.
Cinayət törətməkdə şübhəli bilinən 32 nəfər saxlanılıb.
Digər Xəbərlər

Bakıdakı ermənilər növbəti dəfə ailələri ilə danışdılar - YENİLƏNİB

Polisdən əməliyyat: 27 kq narkotik aşkarlandı - VİDEO

Xəbəri olmadan adına 10 min manat kredit götürdü
