adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
15 Mart 2024 12:30
2443
MƏDƏNİYYƏT

Mehriban Xanlarova: “Nə yaxşı ki biz onun yanında böyüdük”

Əməkdar artist Mehriban Xanlarova çətin keçən uşaqlıq illərindən danışıb.

Adalet.az bildirir ki, uşaqlıqdan bibisi ilə böyüdüyünü deyib:

“Hər iki valideynim qüsurlu olduğu üçün məni və bacımı bibim öz yanına götürmüşdü. Nə yaxşı ki biz onun yanında böyüdük. Mən çox balaca idim, nə baş verir anlamırdım. Bəlkə də bibim qardaşına kömək etmək üçün bizi götürmüşdü, ya bizi çox sevirdi deyə, onu bilmirəm. Bütün xərcimizi bibim çəkirdi. Amma mən 8-ci sinifdə olanda artıq öz istəyimlə valideynlərimin yanına qayıtmalı oldum”.

Əntiqə