adalet.az header logo
  • Bakı 20°C
  • USD 1.7
07 Oktyabr 2022 16:05
341
DÜNYA

Məhsa Əmininin ölüm səbəbi açıqlandı

İranda bir müddət öncə Əxlaq polisi tərəfindən saxlanıldıqdan sonra həyatını itirən Məhsa Əmininin ölüm səbəbi açıqlanıb.

Adalet.az İran KİV-lərinə istinadən xəbər verir ki, 22 yaşlı Məhsanın ölümünə səbəb başından və həyati vacib orqanlarından aldığı zərbələr olmayıb.

Tibbi ekspertizanın yaydığı məlumata görə, o, 8 yaşı olduqda beynindən əməliyyat olunub. Belə ki, Məhsa sentyabrın 13-ü huşunu itirib və yerə yıxılıb. Onun ürək ritmi pozulub və qan təzyiqi enib. Həmin dəqiqələrdə ona edilən qeyri-effektiv ürək-tənəffüs reanimasiyası onun beynində oksigen çatışmazlığına səbəb olub. O, orqan çatışmazlığından dünyasını dəyişib. 

Xatırladaq ki, İranda sentyabrın 16-sı 22 yaşlı Məhsa Əmininin əxlaq polisi tərəfindən zorakılığa məruz qalması və bir neçə saatdan sonra xəstəxanada vəfat etməsi ölkədə ictimai-siyasi vəziyyəti gərginləşdirib. Bunun adrınca ölkədə kütləvi etirazlar başlayıb.