Məkrli erməni planı: Sərhədə yaxın məbədlər niyə təcili təmirə bağlanır?

Məlumdur ki, Azərbaycan və Ermənistan arasında razılaşdırılmış demarkasiya və delimitasiyadan sonra Kirants-Açarkut-Voskepar kəndlərinin bir hissəsi Azərbaycan ərazisinə düşüb.
Adalet.az xəbər verir ki, Ermənistan Respublikasının Təhsil, Elm, Mədəniyyət və İdman Nazirliyinin və “Tarixi-Mədəniyyət Qoruğu-Muzeylər və Tarixi Ətraf Mühitin Mühafizəsi Xidməti” MOK-un əməkdaşları Tavuş vilayətinin bir sıra abidələrini ziyarət ediblər.
Kirants kəndində yerləşən qədim Alban abidəsi olan məbəd Azərbaycan sərhədinin lap yaxınlığında qərar tutub. Ermənilərin Müqəddəs Üçlük Kilsəsi adlandırdığı həmin monastr yenidən ermənilər tərəfindən təmir olunacaq.
Bu o deməkdir ki, sərhəddin yaxınlaşmasından həyəcanlanan ermənilər bu dəfə Alban izlərini məbəddən tamamilə silməyə çalışacaqlar. Erməni mediası bildirir ki, Sovet dövründə kilsə uzun müddət anbar kimi istifadə edilib.
Eləcə də Voskepar kəndində yerləşən, 7-ci əsrə məxsus Müqəddəs Ana Kilsəsi də təmir olunacaq. sonuncu dəfə 1975-1977-ci illərdə təmir olunan bu kilsə də Azərbaycanla sərhəd zolağına yaxın yerdə yerləşir.

Qeyd edək ki, Ermənilər qədim türk abidəsi olan Yerəruyk məbədini yenidən təmirə bağlayıblar. ABŞ-ın Ermənistandakı səfirinin Mədəni Dəyərlərin Qorunması Fondu məbədin bəzi hissələrində bərpa işlərinə, digər hissələrində isə gücləndirmə işlərinə 175 min dollar ayırıb.
Yerəruyk məbədi – Qərbi Azərbaycanda (indiki Ermənistan respublikası ərazisində), Şörəyel mahalının Agin rayonu ərazisində, Arpaçayın sol sahilində qədim türk məbədidir.
P.S. Hiss olunur ki, məhz sərhəddə yerləşən Alban abidələrini tələsik bərpası ilə məşğul olmağa çalışan Ermənistan gələcək üçün yeni sürpriz planlar hazırlayır.
Əntiqə Rəşid
Digər Xəbərlər
24 Oktyabr 2025 09:41 Rövşən Rzayev iclas keçirdi - Bəzi məsələlər müzakirə edildi
23 Oktyabr 2025 17:10 Bu televiziyalara ayrılan vəsait azalır
23 Oktyabr 2025 17:03 Hərbçilərin ev kirayəsi haqqının ödənilməsinə bu qədər vəsait ayrılacaq
23 Oktyabr 2025 14:03 XEYRƏDDİN QOCA RAMİZ MEHDİYEVƏ NƏ DEDİ?
23 Oktyabr 2025 13:56 Dərmanların adlarının xidmətlər zərfinə daxil edilməsi meyarları təsdiqləndi
23 Oktyabr 2025 13:06 Nazirlər Kabineti texnoloji biznes inkubatoru rezidentləri ilə bağlı qərar verdi
23 Oktyabr 2025 13:04 "Rüsumsuz ticarət mağazalarının yaradılması və onların fəaliyyətinin tənzimlənməsi Qaydaları" dəyişdi
23 Oktyabr 2025 13:03 

Bakı -°C 







