adalet.az header logo
  • Bakı 9°C
  • USD 1.7
25 Iyun 2022 14:54
508
DÜNYA

Melnik Şoltzdan üzr istədi: “İncimiz kolbasa” təhqiri yersiz idi, Zelenski də...”

Dünya hələ də Ukrayna səfiri Andriy Melnikin Almaniya kansleri Olaf Şolzu təhqir və tənqid etməsindən danışır.

Xəbər verdiyimiz kimi, Melniki təhqirindən sonra Almaniya kansleri Olaf Şolz ona ünvanlanan təhqirlə bağlı bəyanat verməkdən imtina etdi. Şolts “t-online” portalına müsahibəsi zamanı bu sözləri jurnalistin öz mühakiməsinə buraxacağını bildirib və mövzunu dəyişib:“Hər sözə bu qədər əhəmiyyət verməyə ehtiyac yoxdur. Əsas məsələyə diqqət yetirmək vacibdir. Biz Ukraynaya özünü müdafiə etməkdə kömək etmək istəyirik. Biz müttəfiqlərimizlə birlikdə Rusiyanın müharibəni dayandırmasını və qoşunlarını Ukrayna ərazisindən çıxarmasını istəyirik. Ona görə də biz geniş sanksiyalar tətbiq etdik”.

Daha sonra Melnik növbəti dəfə Olaf Şolzı tənqidə məruz qoyub. Almaniya kanslerini Ukraynaya ağır silahların çatdırılmasını gecikdirdiyinə görə növbəti dəfə tənqid edən səfir bildirdi ki, hərbi kömək baxımından Berlin sadəcə olaraq Kiyevi məyus edir: “Davosdakı çıxışı zamanı Şolts Ukraynanın AB-yə üzvlüyü ilə bağlı ürəkaçan siqnallar vermədi və Kiyevə dəstək tədbirlərindən danışmadı. Çox güman ki, onun cəsarəti və liderliyi çatışmır”

Adalet.az Türkiyə “Teleqram” kanallarına istinadən xəbər verir ki, Andriy Melnik artıq qərara gəlib ki, Olaf Şolzdan üzr istəsin. “Der Spiegel”ə açıqlama verən səfir “incimiz kolbasa “ təhqirinin yersiz olduğunu və həmin sözlərin Ukrayna prezidenti Volodimir Zelenskini də əsəbiləşdirdiyini deyib. Melnik bu sözə görə, Almaniya kanslerindən üzr istəyib:”Əlbəttə ki, şəxsən ondan çox üzr istəyirəm”

Qeyd edək ki, Ukraynanın Berlindəki səfiri Andrey Melnik kansler Olaf Şoltsun ünvanına “incimiş kolbasa” ifadəsi işlətmişdi. Sonradan Melnik bu ifadəsinə görə, heç vaxt Şoltsdan üzr istəməyəcəyini bildirmişdi.

 

Əntiqə Rəşid