Məmməd Araz poeziyasında “Dünya...” - Allahverdi Eminov yazır
III məqalə
Məmməd Arazı yenidən oxuyuram və özümə sual verirəm: – poeziya sənət–dirmi? Göz önünə şairlər gəlir, onların öhdəsinə çox nəsnələr, mətnlər, fərziyələr düşür, bunları şeirə çevirmək məsuliyyəti isə poetik fikirdə səslənir. Onun poezi–yası effemer, imperativ və vizioner cəsiyyəlidir. Poeziya sənəti təhtəlşüur aktı olub, impulsivdir, şair ovqatına o qədər inanır ki, qəlbində yaşatdığı obrazları canlandırır. “Əlvida, dağlar”, “Duman”, “Ömür” şeirləri ötən illlərin əks – sədası deyilmi?
Bir gün həyatımda yellər qopacaq,
Ömür öz tağından salacaq məni.
Neçə il üstündə gəzdiyim torpaq
Bir gündə qoynuna alacaq məni. –
“Ömür” şeirindən verdiyim misralar mənə böyük hind şairi R.Taqorun “Bu bəxtiyar dünyada” şeirini xatırlatdı. (Tərcümə M.Arazındır) Məmməd Araz poeziyasında İlahi məsumluğu həmişə qorumuşdur, səbəbi şeirlərinin ölümsüzlüyü olmuşdur, qocalıq, xəstəlik, ölüm onun poeziyasına maneçilik yaratmamışdır, əbədiyaşarlığına əngəllər törətməmişdir.
Məmməd Araz üçünsə poeziya böyük qüvvə idi, həmrəylik işiydi. Əsl şair qaranlıq guşələri işıqlandırmaq üçün əlinə çıraq tutan bir insandır, Allah adamıdır, amma Allah deyil və Dünyanı dəyişmək iqtidarında da deyil. Amma ümidlidir ki, gerçəkliyi, həqiqəti, görünəni təsvir etməklə ondan baş açmağa, anlamağa və idrak etməyə köməklik göstərməyə qadirdir.
Məmməd Arazla bir mühitdə yaşayan üç şair tanıyıram: M.Araz, H.Həsənzadə və Musa Yaqub. Onların poeziyasında ruhi yaxınlıq görürəm: hisslərin paklığını, düşüncənin intellektuallığını və təfərrüatların emosionallığını. Hər üç şair üçün Dünya məfhumu bütövdür, dərk olunandır. Dünya bəşər övladlarını xəlq etmişdir. Dünya meydandır, kimi yaşamağa gəlir, kimi alverə, amma xoşbəxtlər tamaşaya gələnlərdir. Dünya hissiyyatla dərk olunur, bayağı adamlar daha fəaldırlar. Dünya yeni sərvət ətrafında fırlanır. Məmməd Araz üçün İnsan(lar) Dünya üçün sanki bir cüt zərdir:
Bir taleyin oyununda cütləşmiş zərik,
Yüz il qoşa atılsaq da qoşa düşmərik.
Bir zərrənin işığına milyonlar şərik –
Dünya sənin,
Dünya mənim,
Dünya heç kimin.
Çevrəsindən çıxsa əgər sevda fırfıran,
Bir ümidin ətəyindən tutub da fırlan,
Eşidirsən, pıçıldayır yıxılan, duran –
Dünya sənin,
Dünya mənim,
Dünya heç kimin
Bu, o Dünyadır gələib – gedənlərin yükünü daşıyır, ömür – gün bəxtinə hə_vədirsə, əbədiyyətə cavabdehlik daşımır əbədi olsa belə. Çün, heç kəsə, heç kimə sahib çıxmır:
Bu get – gəllər bazarına dəvətli dünya,
Bu ömür – gün naxışına həvədi dünya.
Əbədiyyətə qəhqəh çəkən əbədi dünya,
Dünya sənin,
Dünya mənim,
Dünya heç kimin
Şair Dünya ilə üzbəüz dayanır, ayaq saxlayıb tamaşa edir, min illərdir Araz, Həkəri çayları beləcə axır, insanları axşama çağırır, səhərlərə qovuşdurur. Görəsən bu çaylar şairə nəyi pıçıldayır, sözü varmı? Amma şair dinləyir:
Ayaq saxla, dövrənə bax, ötəri belə,
Min illərdir, Araz belə, Həkəri belə.
Axşamların, səhərlərin təkəri belə -
Dünya sənin,
Dünya mənim,
Dünya heç kimin
Bu Dünyadan, onun davranışından heç də təəccüblənməyən şair özüylə oynayan şahmata gülməyə bilməzdi, axı, Dünyanın işi belədir: dünyaya gətirdiyi övladına sahib çıxmır, baxmayaraq bu varlıq İnsandır. İnsan isə Dünyanın əşrəfidir, tacıdır. İnsan üç şeydən birinin qurbanı olur: ehtiyac içində yaşayır, vaxtsız ölür və həyatdan sonsuz köçür. Amma Dünyanın sahib durmadığı insan dörd xüsusiyyətini itirmir: müdrikliyini, cəsurluğunu, xeyirxahlığını və ədalətliliyini. Bəs əvəzində? Şairin cavabı da müdrikdir.
Dünya sənin,
Dünya mənim,
Dünya heç kimin
Məmməd Araz poeziyasında İnsan fenomenal varlıqdır, Dünyaya dik baxa bilir və oraya can atır ki, Allahın dərgahına qovuşsun. Məmməd Araz poeziyasından danışarkən məşhur ispan şairi Leon Kamonun sözlərini xatırladım: “Poeziya mənim Məmməd Araz şeiri də Mənimçün işıq selidir!